Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bundan sonra Azərbaycanda ordu quruculuğunda yeni yol başlayacaq” - Sabir Rüstəmxanlı
Sabir Rüstəmxanlı

“Müstəqil Azərbaycan Ordusunun tərcümeyi-halında Zəfər paradı unudulmayacaq gündür. Bizim tariximizdə nadir hadisə baş verdi”.

Bunu Bizimyol.info-ya açıqlamasında Milli Məclisin deputatı Sabir Rüstəmxanlı bildirib.

Deputat qeyd edib ki, Zəfər paradının çox böyük siyasi, mənəvi və hərbi əhəmiyyəti var: “Zəfər paradında qalib Ordunun keçidini və məğlub düşmənin qənimət kimi ələ keçirilən hərbi texnikasını gördük. Parada çıxış edən Azərbaycan və Türkiyənin dövlət başçıları çox önəmli dünyaya mesajlar verdilər. Prezidentlər bizim bir xalq olduğumuzu dünyaya bəyan etdilər.

Vətən müharibəsində Türkiyənin böyük rolu oldu. Türkiyə bizə siyasi dəstək verdi. Hərbçilərimiz Türkiyədə təhsil aldılar və birgə təlimlərdə iştirakımız Ordumuzun güclənməsinə böyük əhəmiyyəti oldu”.

S.Rüstəmxanlı bildirib ki, bundan sonra Azərbaycanda ordu quruculuğunda yeni yol başlayacaq: “Azərbaycanla Türkiyə bir-birinə inteqrasiyası istiqamətində fəaliyyətlər genişlənəcək”.

Ramid İbrahimov

Paylaş »
››› Ermənistan hərbi geyimlərinin üstündə "Made in Turkey" etiketi aşkarlanıb - Foto
››› İlham Əliyevin açıqlamasından sonra Ermənistan: "Uşaqlarımızı Qarabağdan qaytarın"
››› "Azərİşıq": İşığımız Şuşada yandı! - Şəhərdən son videogörüntülər
››› Bayram Səfərov: “Sosial şəbəkə istifadəçiləri kordur, mən neyləyim...”
››› Baş nazirdən Azərbaycanda sərt karantin rejimi ilə bağlı qərar
››› Paşinyanın oğlu da Moskvaya qaçdı - Video
››› "SMS" icazə ləğv olunur
Son xəbərlər
Bütün xəbərlər »