Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyalı politoloq: "Azərbaycan möhtəşəm Qələbə paradı keçirdi"
Yevgeniy Mixaylov

"Azərbaycan torpaqlarının işğaldan azad olunması münasibətilə möhtəşəm Qələbə paradı keçirdi".

Bunu rusiyalı politoloq, beynəlxalq münasibətlər üzrə eksperti Yevgeni Mixaylov bildirib.

“Bakı küçələrindən Azərbaycanın və qardaş Türkiyənin minlərlə döyüşçüsü addımladı. Paytaxt sakinlərinin xilaskarları necə şadlıqla qarşıladıqlarını da görmək çox gözəldir. Xalqın yaddaşına əbədi həkk olunacaq bu gün həmçinin bütün işğalçılara da ölkəyə hücum etməklə buna bənzər təntənəli tədbirlərə əsas verməməyin onlar üçün daha yaxşı olacağını xatırladacaq”, - deyən ekspert paradda ayrıca divarda düşməndən qənimət götürülmüş hərbi texnikaların nömrələrinin göstərildiyinin mənalı olduğunu da qeyd edib:

“Bu da əvvəllər Qarabağda öldürülmüş, didərgin salınmış azərbaycanlılara məxsus şəxsi avtomobilərin nömrələrini bir divarda nümayiş edənlərə mesajdır. Yəni - bizim üstümüzə silah çəkən kim olsa, elə həmin silahdan öləcək”.(report)

Paylaş »
››› "Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
››› “Bu sürətlə vaksinasiyasını bitirmələri üçün 400 il vaxt lazımdır” - Açıqlama
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Ermənistan mətbuatı Kremlin adamını "yaxaladı": "Açıq-aşkar depressiyaya düşüb"
››› Mübariz Mənsimovun bacısı: “Atam ölüm yatağında oğlunun yolunu gözləyir” - Video
››› Prezident İlham Əliyev Şuşaya yola düşüb - Video
››› “Şuşadan Ermənistana və onun havadarlarına xəbərdarlıq edildi”
Son xəbərlər
Bütün xəbərlər »