Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qanunsuz ov edənlərin silahları müsadirə edilərək cərimə olunublar
Silah - Atəş - ov tüfəngi

Qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarına qarşı tədbirlər davam etdirilir.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə respublikanın şəhər və rayonlarında qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirləri davam etdirir.

Paytaxtın Qaradağ rayonunun Sahil qəsəbəsində dəniz sahilində Bakı şəhər sakini R.Sadıxov, K.İsgəndərov, İ.Süleymanov və Yevlax rayon sakini K.İsgəndərovun ov qaydalarını kobud şəkildə pozmaları aşkarlanıb. Onlardan müxtəlif markalı 4 ədəd ov silahı götürülüb.

İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsi) maddəsinin tələblərini pozmuş həmin şəxslər barəsində inzibati protokollar tərtib edilərək hər birinə 1000 manat məbləğində inzibati cərimə tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Paylaş »
››› "Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir" - Ermənistanda həyəcan
››› Bizi yoluxdururlar, yoxsa xilas edirlər?- Vaksinin qəribə xüsusiyyətləri barədə
››› Baydenin Hacınəzəryana yüksək vəzifə verməsi Azərbaycana qarşı nə vəd edir...
››› Azərbaycanda yeni mis-qızıl yatağı kəşf edilib
››› ABŞ Krıma müdaxilə planı hazırlayır: Rusiya narahatdır
››› "Ərdoğan Afrikanı seriallarla ələ keçirir" - Britaniya mətbuatı
››› Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »