Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Sinovac” peyvəndi əksər ölkələr üçün daha əlverişlidir
Peyvənd - Həkim iynə

Bir çox ölkənin COVID-19 əleyhinə peyvənd istehsal etmək üçün qlobal yarışa çıxdığı bir vaxtda, Çin özünün COVID-19-a qarşı hazırladığı uğurlu vaksinlərindən biri olan “Sinovac” vaksinini artıq xaric ölkələrə təqdim etmək istiqamətində böyük addımlar atır.

BBC  xəbər verir ki, Pekində yerləşən “Sinovac Biotech” şirkətinin hazırladığı COVID-19 peyvəndi kütləvi peyvənd kampaniyası keçirməyə hazırlaşan İndoneziyaya gətirilib və yanvar ayına qədər bu ölkəyə 1.8 milyon doza əlavə vaksin də göndərilməsi nəzərdə tutulur.

Ancaq adıçəkilən vaksinin yoxlanılması üçün hələ son mərhələdəki sınaqlar bitmədiyi dövrdə belə bir sual ortaya çıxır: Çinin COVID-19 əleyhinə bu vaksini haqqında nələri bilirik?

BBC-nin yazısında bildirilir ki, “Sinovac” vaksini təsirsiz hala gətirilmiş peyvənddir. Onun hazırlanmasında orqanizmdə ciddi xəstəliyə və ya əks-təsirə səbəb olmadan, bədənin immunitet sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə olunub.

Nanyanq Texnoloji Universitetinin tədqiqatçısı Luo Dahai BBC-yə müsahibəsində bildirib ki, "Sinovac" vaksini digər bir sıra xəstəliklərə qarşı da uğurla istifadə olunan peyvəndlərdən biridir.

Vurğulanır ki, "Sinovac" vaksininin əsas üstünlüklərindən biri onun adi soyuducuda 2-8 dərəcə temperaturda saxlanıla bilməsidir. “Sinovac” peyvəndinin əksər ölkələr üçün daha əlverişli olduğu qeyd edilir.(azərtac)

Paylaş »
››› "Paşinyan türkdür" - Ohannisyan
››› Azərbaycanda ər arvadını oteldə boğaraq öldürüb
››› Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı
››› Yanvarın 18-nə olan hava proqnozu
››› ABŞ-da koronavirusa qarşı peyvəndlərdən sonra ölənlərin sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyədə Qaradəniz sahillərində Rusiya gəmisi batıb
Son xəbərlər
Bütün xəbərlər »