Ermənistan prezidenti Armen Sarkisyan keçmiş həmkarı Robert Koçaryanla görüşüb.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Sarkisyanın mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı Qarabağa dair üçtərəfli bəyanatın imzalanmasından sonra ölkədəki vəziyyət müzakirə edilib.
Bundan əvvəl A.Sarkisyan üçüncü prezident Serj Sarkisyanla da görüşüb.
Xatırladaq ki, 10 noyabrdan bəri Yerevanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə aksiyalar və yürüşlər keçirilir.
Ümumulikdə 17 partiya onun istefasını tələb edir. Aksiyaların əsas təşkilatçıları "ARF Daşnaksütyun", "Vətən" və "Çiçəklənən Ermənistan" partiyalalarıdır.