Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident: "Azərbaycan xalqı qardaş Türkiyənin qəti və birmənalı dəstəyinin bir daha şahidi oldu"
İlham Əliyev

“Ötən əsrin əvvəllərində Qafqaz İslam Ordusunun sıralarında Azərbaycanın istiqlaliyyəti uğrunda canlarını qurban vermiş qardaş türk əsgər və zabitlərinin xatirəsini böyük ehtiramla və dərin hörmətlə yad edib, hər birinə Uca Tanrıdan rəhmət diləyirəm”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin Xatirə kitabında yazıb.

“100 il sonra – 2018-ci ildə Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Bakıda keçirilmiş hərbi paradda həm müasir hərbi geyimdə, həm də rəmzi olaraq Qafqaz İslam Ordusunun hərbi geyimində Azərbaycan və Türkiyə əsgərlərinin birgə marşı qardaşlıq və əbədi birliyimizi bariz şəkildə təcəssüm etdirdi. Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən təcavüz və işğalçılıq siyasətinə son qoymaq məqsədi daşıyan 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı qardaş Türkiyənin qəti və birmənalı siyasi-diplomatik və mənəvi dəstəyinin bir daha şahidi oldu”, - Prezident əlavə edib.

Paylaş »
››› "Bakı Xəzər sahillərini itirəcək" - Almaniya mətbuatı
››› "Bizə şərt irəli sürürlər ki, azərbaycanlıların hərəkətinə o vaxt icazə verərik ki..."
››› “Ey, oğlan, atandan soruş ki, Afrikaya şir ovuna getmək əvəzinə niyə orduya bir-iki PUA almırdı?...”
››› Nikol Paşinyan: "20 Yanvarda Bakıda qətlə yetirilənlərin ruhları qarşısında baş əyirəm"
››› "Avropa Türkiyədən aşkar geri qalır" - Azərbaycanın qələbəsinə dünyadan reaksiyalar
››› “Navalnı Putini devirə bilər” - Rusiyada siyasi durum gərginləşib
››› Vilayət Eyvazov polis rəisini işdən azad etdi
Son xəbərlər
Bütün xəbərlər »