Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bərdə sakinindən külli miqdarda narkotik vasitə aşkarlandı
Narkotik

Bərdə rayon sakinindən səkkiz kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabel olan Qərb Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Bərdə rayon Otuzikilər kənd sakini, əvvəllər məhkum olunmuş, 56 yaşlı Nail Qasımov yaşadığı kənd ərazisində saxlanılaraq Qərb Regional Şöbəyə gətirilib. Şöbədə onun üzərinə baxış keçirilən zaman 2 ədəd kağız bükümlərdə ümumi çəkisi 14.97 qram narkotik vasitə olan qurudulmuş “marixuana” aşkar edilərək götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində N.Qasımova məxsus “VAZ 21013” markalı avtomobilin yük yerindən 3 ədəd sellofan torbada ümumi çəkisi 7 kiloqram 900 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərk götürülüb.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Paylaş »
››› "Bakı Xəzər sahillərini itirəcək" - Almaniya mətbuatı
››› "Bizə şərt irəli sürürlər ki, azərbaycanlıların hərəkətinə o vaxt icazə verərik ki..."
››› “Ey, oğlan, atandan soruş ki, Afrikaya şir ovuna getmək əvəzinə niyə orduya bir-iki PUA almırdı?...”
››› “Navalnı Putini devirə bilər” - Rusiyada siyasi durum gərginləşib
››› Nikol Paşinyan: "20 Yanvarda Bakıda qətlə yetirilənlərin ruhları qarşısında baş əyirəm"
››› "Avropa Türkiyədən aşkar geri qalır" - Azərbaycanın qələbəsinə dünyadan reaksiyalar
››› Vilayət Eyvazov polis rəisini işdən azad etdi
Son xəbərlər
Bütün xəbərlər »