“İran Azərbaycanın uğurlarından çox narahatdır. Vətən müharibəsi dönəmində bunu bir daha gördük. Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi və İranla bütövlükdə sərhədlərinin bərpa edilməsi onları ciddi şəkildə narahat edir”.
Bu fikirləri Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəisi, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Bizimyol.info-ya açıqlaması zamanı bildirib.

Onun sözlərinə görə, bu bir neçə faktorla əlaqədardır.
“Birincisi Azərbaycanın böyüməsi və İranın şimalının Azərbaycandan ibarət olması onlar tərəfdə həmişə qıcıq yaradır. İkinsici isə onlar Azərbaycana qarşı fars millətçiliyi donuna bürünmüş şiə imperializminin pərdəsi ilə yaxınlaşırlar. Xüsusilə də Qarabağ müharibəsi zamanı daim Azərbaycanın yanında olan Türkiyənin mövcudluğu İranın Qafqazdakı maraqlarına ciddi zərbə endirdi.
Təsadüfi deyil ki, İran dini rəbəri müharibənin sonuna doğru münasibət bildirdi ki, “Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi onun haqqıdır”. Bu sözləri müharibənin başında demək lazım idi.
Azərbaycan prezidentinin məhz Xudafərinə, Araz çayına səfəri dünya azərbaycanlılarının birlikdəlik mesajı idi. Bu da İran tərəfində qıcıq yaratdı. Adətən rəsmi bəyənatları tərsinə oxumaq lazımdır. Prezidentin də İrana təşəkkür etməsinin də arxasında məhz bu səbəblər dayanırdı ki, “biz bildik bu əməliyyatlar dönəmində hansı hoqqalardan çıxmısınız””.
Əziz Əlibəyli bildirib ki, növbəti əməkdaşlıq dönəminə başlamaq lazımdır. Naxçıvandan, Zəngəzurdan keçərək dəhlizin açılması əslində İranın özünə də böyük iqtisadi imkanlar vəd edir.
“Regionda bütövlükdə Avropaya, Qərbə doğru yönəlmiş layihələrdə İranın da işini reallaşdırmaq şansları verir. Gələcəyə yönəlik strateji planlar, əməkdaşlıq, birgə faydalanmaq İran üçün daha böyük qazanclar verməlidir.
Lakin Azərbaycan bayrağının görüntüsünün, dizaynının İran bayrağ fonunda ölgün formada, ütüsüz verilməsi və Azərbaycan Xaciri İşlər nazirinin məhz həmin o bayrağın qarşısını kəsərək fotolara düşməsi özüdə onu göstərdi ki, bir anormal yamanşa var. Onlar Azərbaycana qarşı mövqelərində həmişə qısqanclığı, qərəzi, ehtiyatlılığı göstərirlər. Dünən açıq şəkildə biz bunun nümunəsini gördük. İranın bu dəyişməyən münasibəti əks effekt yaradacaq”,- deyə bildirib.
Leyla Mirzə