Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
2 dəfə şəhidlik xəbəri çıxan əsgərin anası bu dərdə dözmədi
Sünbül ana və şəhid oglu

Bu ananı da, balanı da şəhid adlandırır Füzuli camaatı.

Fizuli rayonunun Aşağı Yağlıvənd kənd sakini Sünbül ananın döyüşlərə iki oğlu birdən qatılmışdı. 19 yaşlı Fərhad və 20 yaşlı Orxan. Fərhad Vətən müharibəsinin ilk şəhidlərindəndir. Sərhəd qoşunlarında xidmət göstərib, Füzuli uğrunda gedən döyüşlərdə şücaətlə döyüşüb.

Sünbül anaya oğlunun qara xəbərini çatdırıblar, deyiblər şəhid olub, sonra ikinci bir xəbərlə ümidlənib ana. Fərhad itkin düşüb deyiblər. Çox keçmədən yenidən "oğlun şəhid oldu" deyilincə ananın vücudu bu stressə dözməyib. Orxan balasından xəbər bilmədən Fərhadın dərdiylə köçüb dünyadan. Beyninə qan sızıb Sünbül ananın. Sonbeşiyinin dərdini qaldıra bilməyib ruhu...

Şəhidimizin qardaşı Orxan xidmətə davam edir. Oğlunun ayrılığına dözə bilməyən ananı da şəhid adlandırır Yağlıvənd sakinləri.

Hər ikisinə Allahdan rəhmət diləyirik. Fərhad kimi igid oğullarımızı bu Vətən unutmadı, unutmayacaq, unutdurmayacağıq.

İlhamə

Paylaş »
››› "Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir" - Ermənistanda həyəcan
››› Baydenin Hacınəzəryana yüksək vəzifə verməsi Azərbaycana qarşı nə vəd edir...
››› ABŞ Krıma müdaxilə planı hazırlayır: Rusiya narahatdır
››› Azərbaycanda yeni mis-qızıl yatağı kəşf edilib
››› "Ərdoğan Afrikanı seriallarla ələ keçirir" - Britaniya mətbuatı
››› Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama
››› Faktiki hava açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »