Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın “pomidor müharibə”si: “Qayıdan pomidorların taleyi qaranlıqdır”- Açıqlama
Rusiya - Moskva

Rusiyanın “Rosselxoznadzor” qurumu dekabrın 10-dan etibarən "zərərvericilərin müəyyənləşdirilməsi" səbəbindən Azərbaycandan pomidor və alma idxalını qadağan edib.

Bəzi siyasi təhlilçilərə görə, rəsmi Moskvanın ticarət sahəsində verdiyi bu qadağa siyasi motivlidir. “Rosselxoznadzor”dan bildirilib ki idxal olunan pomidor və almada dəfələrlə zərərli orqanizmlər aşkar ediblər və bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) məlumat veriblər.

AQTA yanında İctimai Şuranın üzvü, ekspert Eyyub Hüseynov Bizimyol.info-ya bildirib ki, Azərbaycanda qida təhlükəsizliyi sahəsində problemlər var.

Eyyub Hüseynov Eyyub Hüseynov

“Mən MDB ölkələri üzrə istehlakçı hüquqlarını qoruyan İşçi Qrupunun üzvüyəm. Biz 3 ildən bir Rusiyanın və MDB məkanının müvafiq dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə müxtəlif yerlərdə görüşürük. MDB məkanında bu məlumatı yayan qurumun rəhbərliyi ilə də görüşürük. MDB məkanında təhlükəli malların qarşısını almaq üçün müəyyən məsələləri müzakirə edirik. Əlbəttə, mən həmişə Azərbaycan mallarının lobbiçiliyini aparmışam. Lakin təssüf, problem yaşanır və bu zərurətdən də AQTA yaradılıb”,- deyə E.Hüseynov bildirib.

Ekspert qeyd edib ki, AQTA-nın əsasnaməsi ambisioz, qarşısında çox ciddi məsələlər qoyulmuş bir sənəddir: “Lakin qidanın təhlükəsizliyi məsələsi o qədər quyunun dibinə düşüb ki AQTA-nın hədəf nöqtəsinə çatmağına hələ xeyli məsafəsi qalır. Yəni, Azərbaycan mallarının nəinki MDB bazarına, Avropa bazarına çıxarılması da AQTA-nın qarşısında durmuş ciddi məsələlərdən biridir. Və təəssüflər olsun ki, illər boyu Azərbaycan hökuməti Azərbaycan istehsalçılarının biznes qurumlarının ərkəsöyün bir obrazını yaradıb və həmin ətalət qanunu ilə ərkəsöyünlük davam edir və hökumətin qurumlarına bəzən əhəmiyyət vermirlər. Yəni, qida zəncirində iştirak edən bütün istehsalçılar tarladan istehlakçının masasına qədər-qida zəncirində harada çirklənmə nöqtələr var gərək onların qarşısını almaq üçün iş görsünlər və bütün istehsalçılar, ən kiçik mal istehsal edən bir qurum belə AQTA-da mütləq reyslərə daxil olmalıdır ki, AQTA onları izləyə bilsin. Bu hədəflərə AQTA hələ gəlib çata bilməyib. Çünki öncə dediyim kimi biznes qurumların ərkəsöyün obrazı yaradılıbdır”.

Ekspert təəssüflə bildirib ki, məmurlar qanuna zidd olaraq fəal şəkildə bizneslə məşğul olurlar: “Bu kimi məsələlər, o cümlədən ictimai nəzarətin zəif olması AQTA-nın lazımi hədəflərə çatmasına maneçilik göstərir. Məsələn, küçə kəsimləri də bunun içərisindədir. Əlbəttə, Azərbaycan mallarının hələ Avropa bazarına demirəm, MDB və Rusiya bazarına çıxması çox mühüm məsələlərdən biridir. Lakin qeyd etdiyimiz kimi fermerlər qaydalara əhəmiyyət vermirlər, köhnə ətalət qanunları ilə hərəkət edirlər, nə qədər gübrə gəldi, nə qədər pestisid gəldi verirlər torpağa, torpağı da zəhərləyirlər, malları da zəhərləyirlər. AQTA-da mümkün olanı edir lakin, hələ lazımi səviyyəyə gəlib çata bilmir. Ona görə AQTA-ya mütləq ciddi ictimai dəstək, ictimai kömək lazımdır və təsadüfi deyil ki, bu yaxınlarda AQTA yanında İctimai Şura yarandı. Təəssüf ki İctimai Şuranın hələ heç bir yığıncağı olmayıb. Əsasnamədə yazılıb ki, onlar 20 gündə toplaşmalıdı, lakin hələki toplaşma olmayıb. Yəqin ki pandemiyanın da burada rolu var. Mən çalışacam ki, İctimai Şura böyük ictimaiyyətin, kütlənin dəstəyi ilə bu məsələyə nəzarət mexanizmi yaratsın və bütün insanlar qidanın təhlükəsizliyini təmin olunmasında fəal iştirak etsinlər, o cümlədən Azərbaycan mallarının xarici bazara getməsi üçün qidanın təhlükəsizliyi təmin olunsun”.

Ekspert hesab edir ki Rusiyanın Azərbaycan məhsulu olan pomidor və alma ilə bağlı qadağa qərarı əsaslıdır: “Rusiyanın uyğun təşkilatı haqlıdır, yəqin ki ciddi analizlər aparıblar. Düşünürəm ki, bu məsələ mütləq dəyişməlidir, biznesqurumlar hökumətin apardığı siyasətə dəstək verməlidir. Yəni, təhlükəli mallardan Azərbaycan bazarı xilas olmalıdır ki, Azərbaycan malları xarici bazara çıxa bilsin. Təəssüf ki, bu cür qidaların sonrakı taleyində də problem yaranır. Biz çox arzu edərdik ki,-Rusiya bazarına daxil olmayan külli miqdard pomidordan söhbət gedir-onun sonrakı taleyi barədə şəffaflıq olsun. Çox təssüf ki, bu cür malların taleyi barədə şəffaflıq təmin olunmur. Onların kütləvi və ictimai məhv olması həyata keçirilməlidir. Bu prosesdə mətbuat və QHT-lər iştirak etməlidir. AQTA bu sahədə də şəffaflığı təmin etməlidir”.

Ramid İbrahimov

Paylaş »
››› Rusiyada "Navalnı inqilabı" başlayıb: Etirazlar böyüyür - Fotolar
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
››› Nazirin açıqlamasından çıxan nəticə: Azərbaycanda təhsil düzələn deyil
››› Təhsil naziri məktəb direktorlarının problemli videolarından danışdı
››› Minasyan: “Ölkə xalqın vecinə də deyil, uçuruma yuvarlanırıq”
››› “Köçəryan Xankəndidə qaçıb masanın altında gizləndi...” - Erməni deputata qarşı ittiham
››› Yanvarın 24-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »