Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qanunsuz olaraq mənə əlillik dərəcəsi vermir”
Dinar Abdurəhmanova

“Mən hər iki ağciyərlərimin fibroz kavernoz vərəmindən artiq 3 ildir ki, əziyyət cəkirəm, ağır yataq xəstəsiyəm. Bu cür ağır yataq xəstəsi olmağıma baxmayaraq Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyi qanunsuz olaraq mənə əlillik dərəcəsi vermir”.

Bizimyol.info xəbər verir ki, bu sözləri Abdurəhmanova Dinar Bədrəddin qızı ünvanladığı şikayət ərizəsində qeyd edib.

Onun sözlərinə görə, müraciət etdiyi zaman “sənə əlillik dərəcəsi düşmür, əlavə müalicəyə zərurət var” deyə bildirirlər.

Dinar Abdurəhmanova

“Mən Abdurəhmanova Dinar Bədrəddin qızı Şəki rayonu Baş Göynük kənd sakiniyəm 21yaşım və 3 yaşında bir oglum var. Qeyd edirlər ki, sənə əlillik dərəcəsi düşmür əlavə müalicəyə zərurət var. Mən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin imtinasını tam qanusnuz hesab edirəm. Çünki mən stasionar müalicələr olmuşam heç bir irəliləyiş olmayıb. Mən üzləşdiyim qanunsuluğa görə bütün lazımi yerlərə yazb müraciət edib bildirmişəm, vəziyyətimi şəxsən Əmək və Əhalinin Sosial Mudafiəsi naziri olan cənab Sahil Babayevə bildirmişəm. Ancaq nə fayda hec bir ürəkaçan cavab verilmir. Mənə izah edin görüm bu əlillik dərəcəsi kimlərə düsür ?3 ildirki ağır xəstə kimi yaşamıram sürünürəm.

Üzləşdiyim qanunsuzluq barədə yazmaqdan barmaqlarm mazol olub ancaq baxan yoxdur heç bir tədbir görülmür. Mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə müraciət edib xahiş edirəm nümayəndənizi göndərin gəlib yazdıqlarımı gözü ilə görüb sizə məruzə etsin”,-deyə məktubda bildirir.

Aidiyyatı orqanların məsələni diqqətdə saxlayacağına ümid edirik.

Leyla Mirzə

Paylaş »
››› "Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
››› “Bu sürətlə vaksinasiyasını bitirmələri üçün 400 il vaxt lazımdır” - Açıqlama
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Ermənistan mətbuatı Kremlin adamını "yaxaladı": "Açıq-aşkar depressiyaya düşüb"
››› Mübariz Mənsimovun bacısı: “Atam ölüm yatağında oğlunun yolunu gözləyir” - Video
››› Prezident İlham Əliyev Şuşaya yola düşüb - Video
››› “Şuşadan Ermənistana və onun havadarlarına xəbərdarlıq edildi”
Son xəbərlər
Bütün xəbərlər »