Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müharibə bitdi, köhnə bürokratlar yenə iş başına keçdi - Şəhid puluna göz dikənlər
Şuşa

Müharibə bitdi və biz hələ qələbənin eyforiyasından oynamağa macal tapmadan qazi və şəhid ailələrinin sosial problemlərindən yazmağa başladıq. Düzdür, dövlət şəhidə ehsan verilməsi, başdaşı qoyulması, hətta məzarına çiçək, qapısının qarşına lövhə qoyulması üçün vəsait verir. Onların ailəsinə maddi dəstək, kompensasiya belə ayrılır. Ailəsində işsizi, təhsillə problemlisi qalmır bu ailələrin. Hətta, bəzi ailə üzvlərini həbsdən belə azad etdi dövlət. Nə şəhidin, nə qazinin kredit borcu qalmayacaq. Bütün kommunal ödənişlərdən azad olacaqlar. Müalicələri dövlət hesabına ediləcək. Xüsusi təqaüdlər, dövlət mükafatları alacaqlar.

Bunun üçün Yaşat Fondu da yaradıldı və artıq yarandıqdan bir gün sonra fondun hesabına milyon yarım ianə köçürüldü. İnşallah ki, o vəsaitlər əlbəəl şəhid və qazi ailələrinə verilər, icra başçılarına verilməz ki ailəyə çatdırılsın. Yoxsa akulaların dişindən sağ çıxmaz o vəsait. Belə deməyə əsas verən çoxlu faktlar var. Bir neçə gün öncə Sabunçu xəstəxanasında şəhid olan, amma şəhid adı verilməyən, şəkər xəstəliyi olduğuna görə cəbhədə komaya düşüb gələn igidimizin nəşi anasına 50 manat müqabilində verildi, icra başçısı dəfnini təşkil etmədi, Sumqayıtlı qazi balamız evdə çirk bağlayan yaralarını özü sarıdığını, kiminsə qapısını döymədiyini şikayət etdi.

Ağlayan şəhid anasına deyir, dayan də, söz danışmalıyam... Şəhidlik statusu almaqda problem yaşayan olur... Şəhid atasına deyir, əşi üç min vermişəm, get başdaşını götüzdür... Evə xəstə köçürülən qazi ilə maraqlanan yoxdur... Elə Cəlilabad rayon icra başçısının tutulma səbəblərindən biri şəhid ailəsinə etdiyi hörmətsizlik deyildimi?

Sosial şəbəkələrdə çoxlu sayda şikayət dilə gəlir qazilərdən - onların hərbi biletinə “müharibədə iştirak etməyib" yazılır. Hərbi biletlərə bu şəkildə qeyd gülüncdür. Çağırılan şəxs kefə, adrenalin yaşamağa yox, məhz müharibədə iştirak etmək üçün çağırılıb və gedib. Hərbidə heç kim özbaşına deyil ki, kefinə görə önə getsin, arzusuna görə arxada qalsın. Heç kimin günahı deyil ki, o əməliyyatlara qatılmayıb. Çağırılıb hətta istifadə edilməyənlər də, iştirakçıdır. Bunun alternativi, başqa variantı yoxdur. Fərqləndirmə isə onların xidmətinə görə edilməlidir.

Öndə döyüşəndən, yemək bişirənə, o yeməyi önə çatdırana qədər hər kəsin əziyyəti olub. Fərqləndirmək xidmətə görə olmalıdır. Səfərbərlik xidmətlərinin bəzi şöbələri (rayonlar) könüllü ərizə yazanların ərizələrini yoxa çıxarıblar. Yəqin ki, xidmət öz fəaliyyətsizliyini könüllülərin hesabına ört-basdır etmək istəyir. Yəni pul alıb əsgərlikdən qaçırdıqlarının yerini könüllülərlə doldurub.

Yenə elə olmasın ki, ortada yeyib, qıraqda şellənənlər ara sakitləşəndən sonra rüşvət verib orden , medal, qazi adı sahibi olsun, kiminsə haqqına girib pensiya alsın. Halbuki o pensiyaya heç ehtiyacı da yoxdur, deyir yığılsın qalsın kartda , nə vaxtsa lazım olar. Onlar buna "yaman gün üçün" də demirlər. Çünki belələrinin yaman günü olmur. Ən kasıb günlərində aylıq gəlirləri 2000 manatdan aşağı olmur, amma elə o 2000 manat həddinə düşəndə evində yeməyə quru çörək tapmayandan daha çox çığır-bağır salırlar, daha çox ağlayırlar. Belələri "fərasətlidir", dondan dona bürünməyi, cilddən cildə girməyi rahatlıqla bacarırlar.

Vətən müharibəsi bizə yalnız düşmən üzərində qələbə qazandırmadı, biz millət olaraq oyandıq, özümüzü tanıdıq, Üzümüzə çalınmış qaranı sildik. İllərdir “biz döyüşkən deyilik, biz ancaq alver edə bilirik, biz nə zaman səsimizi çıxartdıq ki, indi çıxaraq, biz haqqımızı tələb edən deyilik” tipli alçaldıcı streotipləri də sildik atdıq. Bir kərə yüksələn bayraq bir daha enməz, bir dəfə oyanan xalq , bir dəfə oyanan insan da daha bildiyi halda susmaz, bilməzdən gəlməz. Hər şeyi bizim yerimizə dövlət etməsin, hansısa məmur haqqımızı tapdayanda toplanıb, gedib onu masasının başında silkələməyi də bacaracağıq, haqqımız olanı sökə-sökə qoparıb almağı da. İndi bu xalqa ögey olanlar qorxsunlar. Çünki müharibədə, səhiyyədə işlətdiyimiz “Biz birlikdə güclüyük” şüarı kampaniya karakteri daşımamalıydı, o bizi var edən, ayaqda dik tutan, daha gözəl sabahlara aparan lokomotiv olmaldıır.

İlhamə Rəsulova

Paylaş »
››› "Bakı Xəzər sahillərini itirəcək" - Almaniya mətbuatı
››› "Bizə şərt irəli sürürlər ki, azərbaycanlıların hərəkətinə o vaxt icazə verərik ki..."
››› “Navalnı Putini devirə bilər” - Rusiyada siyasi durum gərginləşib
››› “Ey, oğlan, atandan soruş ki, Afrikaya şir ovuna getmək əvəzinə niyə orduya bir-iki PUA almırdı?...”
››› Nikol Paşinyan: "20 Yanvarda Bakıda qətlə yetirilənlərin ruhları qarşısında baş əyirəm"
››› "Avropa Türkiyədən aşkar geri qalır" - Azərbaycanın qələbəsinə dünyadan reaksiyalar
››› Baydenin andiçməsindən maraqlı anlar: Klintonun yatması, Senatorun əlcəkləri - Video
Son xəbərlər
Bütün xəbərlər »