Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Belarus koronavirus səbəbiylə yerüstü sərhədlərindən çıxışı bağlayır
Belarus bayrağı

Belarus səlahiyyətliləri koronavirus pandemiyası səbəbindən dövlət yerüstü sərhədlərindən çıxışları bağlayır.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Nazirlər Kabinetinin qərarında deyilir.

Sənəd COVID-19 xəstəliyinə səbəb olan "infeksiyanın yayılmasının qarşısını almaq üçün" qəbul edilən 8 aprel qərarında dəyişikliklər nəzərdə tutur.

Qərarda deyilir: "Belarus Respublikası vətəndaşları, habelə Belarus Respublikası ərazisində daimi və ya müvəqqəti yaşamaq üçün icazəsi olan əcnəbilərə Belarus Respublikasının dövlət sərhədindən çıxış müvəqqəti dayandırılsın". Məhdudiyyət yol buraxılış məntəqələri, sadələşdirilmiş nəzarət məntəqələri, dəmir yolu vağzalları və stansiyaları, eləcə də çay limanlarındakı nəzarət məntəqələrinə aiddir. Dəyişikliklər sənədin imzalanmasından 10 gün sonra qüvvəyə minəcək.

Sənəddə giriş məhdudiyyətlərinin tətbiq olunmadığı bildirilir, lakin ölkəyə gələnlərin "Belarus Respublikasına gəldikləri tarixdən etibarən 10 təqvim günü ərzində özlərini təcrid etmələri" vurğulanır.

Paylaş »
››› Azərbaycanda jurnalist qətlə yetirilib
››› "Öz təhlükəsizlik xidməti Putinə qarşı işləməyə başlayıb" - Rusiyada gərginlik
››› “ABŞ-ın Fransa ilə eyni mövqeyə gəlməsi, bizim üçün arzuolunmaz nəticələr verə bilər”
››› “Avropa səmalarında da Türkiyə İHA-larını görəcəyik”
››› Yunan deputat: “Türklərə döyüşmədən uduzacağıq”
››› Azərbaycan əsgəri minaya düşərək həlak olub
››› Bir qrup tanınmış şəxs Eldar Həsənova zamin durdu
Son xəbərlər
Bütün xəbərlər »