Paytaxtda yanğın hadisəsi baş verib.
Bizimyol.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 9 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Daha bir yanğın hadisəsi Cəlilabad rayonunda olub.
Rayonun Kazımabad kəndində ümumi sahəsi 252 m² olan ikimərtəbəli evin tavanı 10 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;