Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycan xalqı şəhidlər və qazilər üçün səfərbər oldu" - Deputatdan açıqlama
Tamam Cəfərova

Xəbər verildiyi kimk Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fonduna 1 gün ərzində 1,5 milyon manat vəsait ianə edilib.

Qeyd edək ki, Fond Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli fərmanı əsasında yaradılıb. Əsas məqsəd şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

Milli Məclisin deputatı Tamam Cəfərova Bizimyol.info-ya bildirib ki “YAŞAT” Fondunun yaradılması şəhid ailələrinə, qazilərimizə olan diqqətin göstəricisidir.

“Bu fərman özlüyündə bir daha göstərdi ki, Azərbaycan dövlətinin sosial siyasətinin mərkəzində insan amili dayanır. Cənab Prezidentin sözləri ilə desək “Həyata keçirdiyimiz siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır” şüarının təcrübədə yüksək səviyyədə reallaşdığının bir daha şahidi olduq. Azərbaycan xalqının ən yaxşı milli xüsusiyyətlərindən biri qarşılıqlı yardımlaşma və bunun üçün cəmiyyətin səfərbər olma əzmidir. Cəmiyyətimizdəki mövcud əhval-ruhiyyə onu deməyə əsasə verir ki, əldə etdiyimiz tarixi zəfərdən sonra bütün vətəndaşlarımız bilavasitə bu prosesin iştirakçısı olmağa, öz töhfələrini verməyə çalışır. Bu əhval-ruhiyyə cəmiyyətdə ictimai həmrəyliyi artırmaqla yanaşı, həm də milli birliyi möhkəmləndirir”,-deyə deputat bildirib.

T.Cəfərova qeyd edib ki, bütün şəhid ailələrinin diqqət mərkəzində saxlanılması baxımından belə bir fond yaradılıb: “Fonda vəsaitlər könüllülük əsasında köçürüləcək və bu vəsaitdən müvafiq şəkildə istifadə olunacaq. Bu, ASAN Xidmətin rəhbərliyi altında həyata keçiriləcək. Fərmana görə, Fondun vəsaitinin sərəncamçısı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir. Şəhid ailələrinin üzvlərinin və müharibə əlillərinin övladları və özləri təhsil haqqı ödəməkdən azad olunur, protez və reabilitasiya vasitələri ilə pulsuz təmin olunurlar. O cümlədən sanator-kurort müalicəsi üçün ildə 1 dəfə pulsuz göndərişlərlə təmin olunur, aktiv məşğulluq proqramlarında - özünüməşğulluq, ödənişli ictimai işlər və s.-də onlara üstünlük verilir. Həmçinin, şəhid ailələri, müharibə əlilləri və digər bu kateqoriyadan olan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzil və avtomobillərin verilməsi, sosial durumlarının yaxşılaşdırılması istiqamətində müntəzəm fəaliyyət həyata keçirilib.

Bütün bunlarla yanaşı cəmiyyətin aparıcı qüvvələri, biznes dairələri, xaricdə yaşayan azərbaycanlılar bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərirlər. Biz bunu 44 günlük Vətən müharibəsində əyani şəkildə gördük. Heç şübhəsiz ki, Azərbaycan xalqı əl-ələ verib Qarabağın çiçəklənməsi üçün əlindən gələni edəcək”.

Ramid İbrahimov

Paylaş »
››› David Tonoyandan sensasiyalı müharibə etirafları - əmrlər Sergey Şoyqudan gəlirmiş
››› Qalib əsgər sosial problemlər içində boğulur - Maliyyə Nazirliyi nəyə lazımdır?..
››› Şirvan xəstəxanasında özbaşınalıq: Tibbi heyət Baş həkimdən narazılıq edir - Video
››› Ermənistanın hərbi analitiki: "Müharibədəki itkilərimizin sayı altı min nəfərə çatır"
››› Masallı rayon Xəstəxanasının baş həkimi barəsində həbs qətimkan tədbiri seçilib
››› Yüzlərlə Bakı sakini Naxçıvanda ilişib qalıb
››› "Deyirlər ki, Qarabağ bizim nəyimizə lazımdır..."
Son xəbərlər
Bütün xəbərlər »