Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İtaliyanın dövlət katibi “ruhlar şəhəri” Ağdama səfəri barədə yazıb
Ağdam şəhəri Ermənistanın işğalından sonra

İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefano işğaldan azad olunmuş Ağdam şəhərinə səfəri ilə bağlı təəssüratlarını bölüşüb.

Bizimyol.info xəbər verir ki, dövlət katibi bununla bağlı özünün feysbuk səhifəsində status paylaşıb.

O, vaxtilə Azərbaycanın ən inkişaf etmiş şəhərlərindən biri olan Ağdamın indi “ruhlar şəhəri” kimi tanındığını yazır. Həmçinin bir zamanlar on milərlə insanın yaşadığı bir şəhərdə hazırda tənəzzülün müşahidə olunduğunu, qəbirlərin dağıdıldığını, məscidlərin tövləyə çevrildiyini diqqətə çatdırır.

Manlio Di Stefano imzalanmış üçtərəfli Bəyanata əsasən, bu torpaqların Azərbaycana geri qaytarılmasından bəhs edir. O, İtaliya hökumətinin bu ərazilərdə mədəni irsin qorunması və bərpası, infrastruktur işlərinin həyata keçirilməsi ilə bağlı Azərbaycana əməkdaşlıq təklif etdiyini bildirir.

Dövlət katibi Ağdam şəhərində çəkdiyi şəkilləri feysbuk səhifəsində paylaşıb.

Paylaş »
››› "Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir" - Ermənistanda həyəcan
››› Bizi yoluxdururlar, yoxsa xilas edirlər?- Vaksinin qəribə xüsusiyyətləri barədə
››› Baydenin Hacınəzəryana yüksək vəzifə verməsi Azərbaycana qarşı nə vəd edir...
››› Azərbaycanda yeni mis-qızıl yatağı kəşf edilib
››› "Ərdoğan Afrikanı seriallarla ələ keçirir" - Britaniya mətbuatı
››› ABŞ Krıma müdaxilə planı hazırlayır: Rusiya narahatdır
››› Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »