Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Halal evimdə girib otura bilmirəm, özümü asım öldürüm, məhkəmələrin əlindən...”
Məhkəmə

Qəbələ sakini Aləmədova Nüşabə Mamed qızı redaksiyamıza şikayət ünvanlayıb. Şikayəti haqq səsinə ədalətsiz yanaşılmasından, məhkəmələrdən və bir də bir zamanlar ona torpaq sataraq başını 20 illik bir müsibətə salan rayon sakini Adil Bədrəddin oğlu Kərimovdandır.

Nüşabə xanım qeyd edir ki, 20 il öncə Adildən 10 sot torpaq satın alıblar. Satın alarkən həmin torpaqda bir evin yarım qalmış bünövrəsi və bir çardaq olub. Ailənin niyyəti torpaq alıb ev tikmək olub.

“Həmin ərəfədə həyat yoldaşım Rusiyaya gedəcəkdi. Bazara, xəstəxanaya yaxın yerdən torpaq aldı ki, mən balaca uşaqlarımla gedib gəlməyə çox əziyyət çəkməyim. 3 min manat verdik bu torpağın alınmasına. Yəni biz torpaq aldıq ki ev tikək. Orada yaşanacaq ev yox idi. Amma sənədləşmə zamanı torpağı bizə satan şəxs başladı nəm-nüm etməyə. Sənədimizi vermirdi. Sonra tanıyıb bilənlər dedilər ki, onda bir az dələduzluq var, sənədi almayınca pulu verməyin. O zaman torpağa mülkiyyət hüququ yox idi, ancaq evi satmaq olardı. Bizim alqı satqımız bir az bu boşluq zamana düşdü. Torpaq komitəsi sənədləri biz torpağı aldıqdan sonra Adilə verib. Sənəddə də Kərimov yox, Ədilov Adil yazılıb

O sənədləşdirməni də edərkən yaxın qohumluq əlaqələrindən istifadə edib , sənədi verən məsul şəxs Adilin xanımın əmisi idi. Heç kim də bununla maraqlanmayıb. Torpaq şöbəsi sənədi bizə yox, Adilə verib. Adilin anasına da şikayət etdik, anası dedi ki, mən Adillə bacarmıram.

Biz torpağımız notarial qaydada satın aldıq və həmin torpaqda ev tikdik. Ev alqı-satqısı etdik. Torpağın satılmasına icazə yox idi. Sonradan prezident fərman verəndə torpaq üzərindəki ev bizim olduğuna görə torpaq da bizim mülkiyyətimizdə olmalıydı. Amma Adil fırıldaq yoluyla o sənədi əlində saxladığına görə, torpağa mülkiyyət hüququnu da öz adına çıxarda bilib. Əvvəl mövcud olan bünövrə də zəif olduğuna görə onu söküb üzərində ev tikdik. Bünövrənin bir hissəsi hələ də həyətdə qalmaqdadır. Sonra mən əməliyyat olunacaqdım, pula ehtiyac oldu deyə biz həmin torpağın bir hissəsini Baba Şirinov adlı vətəndaşa satdıq. Elə Baba Şirinov da bizim kimi bu torpağı aldığına peşman oldu. Adil alqı-satqıdan sonra ortaya çıxıb dava eləməyə başladı ki, mən sizə 10 sot yox 4 sot torpaq satmışam. Bunu da sonralar cəlb edildiyim məhkəmə işləri zamanı öyrəndim. Halbuki Adil məhkəmələrə gələrkən əlində iki sənədlə gəlirdi, Gah iddia edirdi ki bizə 7 sot torpaq satıb. Gah iddia edirdi ki 3 sot. Biz onunla dəfələrlə məhkəmə yolu ilə məsələni aydınlaşdırmağa çalışdıq. Axırda bezdim, dedim ki torpağın bir hissəsini də qaytarıram. Əsəblərim korlanmışdı artıq. Onda da başladı mənimlə darvaza yeri davası etməyə. Şəki İnzibati Məhkəməsində 3 dəfə mənə haqq verilib. Şəki inzibati məhkəməsi kökə qədər araşdırdı ki bu adamın adı heç yerdə yoxdu. Adil hakimə deyir ki, mənə sənədi verən verib, sən ondan çox biləcəksən? Belə məsləhət olunub ki verilib.

Hansı yollarlasa çıxıb bizi haqlıykən haqsız vəziyyətə salır bu adam, məhkəmələrin qərarlarını ləğv elətdirir. Ali Məhkəməyə, Apellyasiya Məhkəməsinə, Konstitusiya Məhkəməsinə qədər bu iş uzanıb. Mən 20 ildir tikdiyim, balalarımı böyütdüyüm evdən didərgin düşmüşəm, məhkəmələrə görə Bakıda kirayə tutub qalmalı oluram ki, məhkəmələrə gedə bilim. O evə köçəndə oğlum bağçaya gedirdi, indi hərbi xidmətdədir. Bu boyda ölkənin məhkəmələrinin bizim haqq səsimizə cavab verməyi mümkün deyilmi? Mən vətəndaş deyiləmmi, mən özümü asım öldürüm ki, səsimi eşitsinlər? Axı əsəblərim korlanıb, evimdə rahat otura bilmirəm. Günüm məhkəmələrdə keçir. Ədalət elə güclü olanın, pulu olanın yanında olacaq? Nə zamana qədər? Dəfələrlə dövlət başçısına, Mehriban Əliyevaya kömək üçün məktub yazmışam, bilmirəm alıblar yoxsa yox. Niyə mənim halal torpağımı əlimdən almağa çalışırlar. Kimin qolu güclüdür, başqasına zülm etməlidir, mən bu ölkənin vətəndaşı deyiləm? Xahiş edirəm, dövlət səsimə səs versin, bizim müşkülümüzə çarə tapılsın. Mənə yardım edin.

Nüşabə xanımın şikayətini çatdıraraq qeyd edirik ki, ölkəmizdə qanunun aliliyi prinsipi hökm sürür. Ümid edirik, bu məslə bu yerdə qalmayacaq, əlaqədar qurumlar vətəndaşın səsini eşidəcək.

Qarşı tərəfin fikrini verməyə hazırıq.

Bizimyol.info

Paylaş »
››› Rusiya Qarabağda 120 ton qızılı necə əldən verdi... - Rusiya mətbuatı
››› "Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
››› “Bu sürətlə vaksinasiyasını bitirmələri üçün 400 il vaxt lazımdır” - Açıqlama
››› Azərbaycanda vulkan püskürüb
››› Nikol Paşinyanın ailəsi Moskvada mənzil axtarır
››› Ermənistan mətbuatı Kremlin adamını "yaxaladı": "Açıq-aşkar depressiyaya düşüb"
››› Mübariz Mənsimovun bacısı: “Atam ölüm yatağında oğlunun yolunu gözləyir” - Video
Son xəbərlər
Bütün xəbərlər »