Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Erməni deputat: "Azərbaycan beynəlxalq konvensiyanı pozmaz"
İrəvan, Ermənistan

"Azərbaycan dekabrın 10-da keçirəcəyi paradda erməni əsirləri göstərməyəcək".

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu parlamentin qapalı toplantısında Ermənistanda hakim “Mənim addımım” parlament fraksiyasının deputatı Mariya Karapetyan bildirib.

“Fikrimcə, Azərbaycan beynəlxalq konvensiyanı pozub, paradda bizim hərbi əsirlərimizi göstərməyəcək”, - deputat vurğulayıb.

Qeyd edək ki, “İşıqlı Ermənistan” parlament fraksiyasından deputat Ani Simonyan dekabrın 9-da keçirdiyi brifinqdə həmin gizli toplantı barədə məlumat verərkən Mariya Karapetyanı və Azərbaycanla diplomatik münasibət qurulmasını təklif edən hakim fraksiyanın başqa bir deputatı Andronik Köçəryanı tənqid edib.

Paylaş »
››› Rusiya Qarabağda Ermənistan ordusunu müharibəyə hazırlayır - Fotolar
››› “Baydenə zəng vur, Əliyevlə danışsın, imtina etməyəcək”
››› Şəhid məzarlarını dağıdan məmurlar Ermənistanı sevindirdilər
››› “Ermənistan altı ölkə arasında qurulacaq əməkdaşlığa qoşula bilər”
››› “Bəsdir!” - Hikmət Hacıyevin “Atlantic Council”dəki nitqinə dair
››› 3 rayonda su kəsiləcək
››› Tağı Əhmədov xəstəxanaya yerləşdirildi
Son xəbərlər
Bütün xəbərlər »