Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İrəvanda Paşinyanın istefası tələbi ilə yürüş keçirilir
Ermənistan

İrəvanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə yürüş keçirilir.

"Sputnik Armenia"nın verdiyi xəbərə görə, yürüş 16 müxalifət partiyası tərəfindən təşkil edilib.

"Vətən" partiyasının lideri, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyanın rəhbərlik etdiyi nümayişçilərdən ibarət qrup Proşyan küçəsindəki “Dvin” otelinə bitişik ərazidən parlamentə doğru hərəkət edirlər.

Şəhərin müxtəlif yerlərindən gələn digər qruplar parlament binasının qarşısında onlara qoşulacaq.

A. Vanetsyanın tərəfdaşlarından olan Xaçik Qalstyan bildirib ki, bu gün “xain” atəşkəs bəyanatının imzalanmasından bir ay keçir.

O bildirib ki, hakimiyyətin xain əməllərinə görə yüzlərlə ananın gözü yaşlı qalıb, yüzlərlə valideyn itkin övladlarını axtarır.

X. Qaltsayn qeyd edib ki, vəziyyəti düzəltməyin yeganə yolu N. Paşinyanın dərhal istefa verməsidir.

X. Qalstyan vətəndaşları aksiyaya qoşulmağa çağırıb. Nümayişçilər “Nikol, get!”, “Nikol, xain” şüarları səsləndirir. Bugünkü yürüşün son dayanacağı parlament binası olacaq.

Parlament binasının yerləşdiyi Bağramyan prospekti artıq bağlanıb.

Aksiyada ümumilikdə bir neçə min insan iştirak edir.(apa)

Paylaş »
››› Rusiya Qarabağda Ermənistan ordusunu müharibəyə hazırlayır - Fotolar
››› Putinin mənzilində yaşayan şəxs: “Navalnı gəlmişdi” - Fotolar
››› “Ermənistan altı ölkə arasında qurulacaq əməkdaşlığa qoşula bilər”
››› 3 rayonda su kəsiləcək
››› “Bəsdir!” - Hikmət Hacıyevin “Atlantic Council”dəki nitqinə dair
››› Ramin Quluzadə nazir vəzifəsindən azad edilib
››› Tağı Əhmədov xəstəxanaya yerləşdirildi
Son xəbərlər
Bütün xəbərlər »