Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cəlilabadın sabiq icra başçısı məhkəməyə gətirilib
Qandal - Həbs

Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalov məhkəməyə gətirilib.

Bizimyol.info xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan sabiq icra başçısı N.Zeynalov barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə gətirilib.

Prosesə Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılır.

Qeyd edək ki, o, Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

N.Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətində keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb.

Prezident İlham Əliyevin Sərəncamı ilə N. Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Paylaş »
››› Navalnının yaydığı görüntülər Putinin axırına çıxacaq - Video, Foto
››› Rusiyanın "yük atı": Yarım əsrin əfsanəsi tam yeni dizayna keçir - Foto
››› 26 yaşında general-mayor rütbəsi alan gözəl...
››› Azərbaycanda jurnalist qətlə yetirilib
››› "Azərbaycanın qələbəsindən sonra tarixi türk coğrafiyası bərpa olunur"
››› ƏDV faizlərini geri alanlar üçün ikiqat qazanc!
››› “Avropa səmalarında da Türkiyə İHA-larını görəcəyik”
Son xəbərlər
Bütün xəbərlər »