Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DSMF-də şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı işçi qrup yaradılıb
DSMF

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailələri və müharibə iştirakçıları ilə bağlı işçi qrup fəaliyyətə başlayıb.

Bizimyol.info xəbər verir ki, nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, videomüşavirədə Fondun sədri Himalay Məmişov bildirib ki, işçi qrupda təmsil olunan əməkdaşlar xidməti ərazilərindəki şəhid ailələri və müharibə iştirakçıları ilə görüşürlər. İlk növbədə sosial vəziyyətləri öyrənilir, ehtiyac duyduqları sosial dəstək istiqamətləri müəyyən edilir, yaranan sosial təminat hüquqları izah olunur.

İşçi qrupun yaradılmasında əsas məqsəd şəhid ailələri və müharibə iştirakçılarının sosial təminat hüquqlarının təminatına operativ dəstək göstərilməsidir. Xüsusilə də şəhid ailələrinə sosial təminat növləri üzrə ödənişlərin təyin olunması üçün onların müvafiq sənədləri təqdim etmələrini gözləmədən, bu sənədlər aidiyyəti qurumlardan alınaraq toplanır və təyinatlar həyata keçirilir.

Son günlər ərzində şəhid ailələrinin üzvlərindən artıq 500-dək şəxsə pensiya, müavinət və təqaüd təyinatı aparılıb.

Proses davam edir.

Paylaş »
››› Navalnının yaydığı görüntülər Putinin axırına çıxacaq - Video, Foto
››› Rusiyanın "yük atı": Yarım əsrin əfsanəsi tam yeni dizayna keçir - Foto
››› “Baydenin hakimiyyəti dönəmində Türk Dünyasını çətin günlər gözləyir”
››› 26 yaşında general-mayor rütbəsi alan gözəl...
››› ABŞ dollarının uzunmüddətli ucuzlaşması gözlənilir
››› "Azərbaycanın qələbəsindən sonra tarixi türk coğrafiyası bərpa olunur"
››› Azərbaycanda jurnalist qətlə yetirilib
Son xəbərlər
Bütün xəbərlər »