Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirus vaksini barədə mütəxəssis rəyi – Ən az 6 ay qorunacaqsınız
Koronavirus vaksini barədə mütəxəssis rəyi – Ən az 6 ay qorunacaqsınız

Bizimyol.info-nun müsahibi koronavirusla mübarizədə fəal iştirak edən həmyerlimiz, Türkiyə Hacettepe Xəstəxanasının həkimi Turanə Rəsulovadır.

- Turanə xanım, xəstəliyin ikinci dalğası ölkəmizdə özünü daha ağır şəkildə büruzə verir. Hətta ümidsizliyə qapılanlar da var

- - Bax bu insanların yanlış yanaşmasıdır. “Onsuz da hamı yoluxur, mən də yoluxacam, artıq qorunmaq mənasızdır və ya əksinə, filankəs 15 -20 gün yüngül xəstələndi , rahatca ötüşdü, kollektiv immunitet yaranır , karantin tədbirləri mənasızdır” kimi yanlış fikirlər səsləndirilir. Xatırladım ki, bir dəfə yoluxma o demək deyil ki, ikinci yoluxma olmayacaq. Son araşdırmalar göstərir ki, bir dəfə yoluxmuş xəstələrdə ikinci dəfə yoluxma ehtimalı artır, yoluxduqdan sonra xəsətəliyi ağır keçirmək ehtimalı da artır.

- Nə üçün? Koronavirusu difər virus xəstəliklərindən nə fərlqəndirir?

-Bu nadir fenomendir. Qandakı anticisim titri aşağı olanda həmin antikorlar başqa viruslarda olduğu kimi qoruyucu rol oynamır, tam tərsinə virusun hüceyrə içərisinə keçməsini asanlaşdırır, xəstəni reanimasiyaya yatırılacaq qədər ciddi ağırlaşmalara səbəb olur. Yəni bir dəfə yüngül keçirmək ikinci dəfə ağır yoluxma ehtimalını artırır. Bu, özümüzün də, ətrafımızdakıların da həyatını riskə atmaq deməkdir. Maska, sosial məsafə, əl gigiyenası sınanmış qorunma vasitəsidir.Pandemiyanın başa çatması üçün ən böyük çarə vaksinasiyadır.

-Amma vaksinasiya barədə də müxtəlif mülahizələr dolaşır.

-Vaksinasiyanın məqsədi kollektiv immunitet yaratmaqdır. Vaksinasiya ilə yaradılan kollektiv immunitet daha az sayda itki, daha az ölüm deməkdir. Azərbaycanda “indi kollektiv immunitet yaranır” demək yanlışdır. Dünyadakı mənzərəyə baxsaq keçən ay ÜST nümayndəsi doktor Rayanın verdiyi bilgiyə görə dünyada hesablamadıqlarımız daxil xəstə sayı cəmi 10 faiz təşkil edir.Amma rəsmi statistikaya baxsaq, bu 3-4 faiz təşkil edir. Bu o deməkdir ki, dünya əhalisinin 96 faizi hələ xəstəliyi keçirməyib. Əgər bu xəsətəliyi kollektiv immunitetin ümidinə buraxsaq, bu yetmiş faiz insanın kovid xəstəliyini keçirməsini gözləmək deməkdir. Amma ortalama 10 faiz insanın xəsətələnməsi ilə bu qədər fəlakətli bir vəziyyət yaranıbsa, bu qədər ölüm baş veribsə, səhiyyə sistemində bu qədər yük varsa, xəstə sayı 70 faizə çatarsa düşünün vəziyyət nə halda olar. Hollandiyada xəstəxanalar dolub, artıq xəstələr helikopterlərlə Almaniyaya transfer edilir. Xəstəliyi başlı başına buraxaq, kolletiv immunitet yaransın deyən İngiltərə və Skandinaviya ölkələri bu fikrin yanlış olduğunu etiraf edib, ən ciddi tədbirlər görməyə başladılar. İngiltərə artıq bu ay kütləvi vaksinasiyaya başlayır. Vaksinasiya pandemiyanın sonlandırmağın yeganə yoludur.

-İmmunitet formalaşmırsa vaksinin nə mənası var?

-Koronavirusun mövcud pandemiya səbəb olan ştammı ciddi mutasiyaya uğramayıb, spike proteində mutasiya var, amma virusun heç bir özəlliyini dəyişdirmir. Yəni, bu vaksinin effektivliyini sual altında qoymur. Vaksinlər zatən 3-cü faz çalışmasındadır və 10000-lərlə könüllü üzərində sınaqdan keçirilib, əlavə təsirlərinin olmadığı və ya cüzi olduğu görülüb.Həkimlər arasında da belə yanlış fikir var ki, vaksinin effektiv olub –olmayacağı şübhə altındadır.Vaksinlər yalnız o halda lisenziya alır ki ,onların effektivliyi təsdiqlənmiş olsun. İstifadəyə veriləcək vaksinlərin effektivliyi və güvənilirliyi II və III faza sınaqlarıyla da təsdilənir. Vaksin effektivliyi araşdırılmadan ümumi istifadəyə verilmir. Məsələn Türkiyədə də könüllülər üzərində sınaqdan keçirilir. Sadəcə iynə yerində bir qədər ağrı verə bilər, çox nadir yüngül qızdırma və iynə vurulduqdan sonra bir neçə gün halsızlıq olur. Vaksin xəstəliyi ağır keçirmiş insanlardakı kimi qanda yüksək antikor titri yaradır. Qoruyuculuğu yüksək olur.

-Təkrar vaksinə ehtiyac olacaqmı? Vaksin hansı müddətdə etibarlı olacaq?

- Bununla bağlı onu deyə bilərik ki, indiki nəticələr əsasında ən az 6 ay- 1 il qoruyucu olacağı gözlənilir. Bəzi insanlarda bu bir neçə il davam edə bilər. Amma ən az 6 ay ki, bu da pandemiyanın stabilləşməsində bizə kömək edəcək.

- Xəstəlikdən tam sağalma baş verirmi, yoxsa hansısa bir mənfi təsir qalır?

-Qorunma və karantin tədbirlərinin məqsəduyğun olduğunu əks etdirən çoxlu sayda araşdırmalar var. Amerika Təbiblər birliyinin JAMA dərgisinin araşdırmasına görə xəstəlikdən sağaldıqdan sonra normal həyata qayıdan insanların yalnız 13 faizi tam reablitasiya olur, yerdə qalan 32 faiz insanda 1-2 əlamət, 55 faiz insanda 3 və daha çox əlamətin davam etdiyi məlum olub.Yəni uzanmış Covid anlayışı yaranıb, belə ki, əlamətlərinin uzun müddət keçmədiyi və sağalan insanları belə incitməsi görülür.Tutaq ki Suçiçəyi xəstəliyindəki kimi bəzən virus sinir köklərində yatmış latent formaya keçə bilir. (Yatmış formaya keçir). İnsan yaşlananda, immuniteti zəifləyəndə o özünü səpkilər və ciddi ağrılar şəklində göstərir. Bu viral infeksiyalarda görünmüş haldır. Biz bunu koronavirusda da görə bilərik. Uzun müddətdə sistemlər üzərində təsirini ola bilsin ki görək. Əsasən də Ürək- damar (kardiovaskulyar) sistemində.

- Əl dizenfektantları, alkoqol virusu öldürür. Bəs alkoqollu içkilər də bizi qoruyurmu?

-Bu yanlış inanışa da aydınlıq gətirmək istəyərdim . Bu yanlışdır. Əl dezinfeksiya edicilərində alkoqol 70 faiz təşkil edir. Belə faizlə alkoqolu daxilə qəbul etmək virusdan daha ağır nəticə verə , qaraciyəri zədələyə immuniteti zəiflədə bilər. Ona görə alkoqol qəbulu qoruyucudur inanışı yanlışdır. Sarımsaq virusu öldürür demək də yanlışdır. Elm nəyi araşdırıbsa, ona inanırıq. Sarımsaqla bağlı elmi təcrübə yoxdur, sadəcə sarımsağın tərkibində vitaminlər var, qanı duruldur, immuniteti gücləndirir, xalq təbabətində də geniş istifadə olunub. Buna görə qidada istifadəsi uyğundur. Sadəcə düzənli şəkildə yuxu, evdə yüngül gimnastika, vitamin mineral qəbulu, düzgün qidalanma rejiminə əməl edilməsi xəstəliyin öhdəsindən gəlməyə kömək edəcək.Biz özümüzü də ətrafımızı da qoruyaq. Biz birlikdə güclüyük. Qarabağı da birlikdə aldıq, birlikdə gücümüzü toplayıb, bu ağır dönəmdən də qalib kimi çıxacağımıza ümid edirəm.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »