Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Harda görülüb ki, “kestel”nən hərbi xidmətə gedirlər...”
Qazi - İbrahim Məmmədov

İbrahim Məmməd oğlu Məmmədov 2001-ci ilin aprel ayının 3-də anadan olub. Əslən Şuşanın Quşçular kəndindəndir.

İbrahimin uşaq yaşlarından atasız böyüyüb. 15 yaşı olan zaman isə anası xərçəng xəstəliyindən vəfat edib. Bir bacısı var. Bacı-qardaş çox çətinliklər görüblər.

Atasız, anasız qalan bacı-qardaş çox çətinliklərlə yaşamağı bacarıblar.

İbrahim 2019-cu ilin iyulun 3-də orduya çağırılıb, Tərtər rayonundakı N saylı hərbi hissədə, 1-ci tabor rabitə tağımında radiotelefonçu, manqa komandiri, kiçik çavuş rütbəsində xidmət edib. Vətən müharibəsi zamanı Ağdərə istiqamətində Tülkü dərəsində əks-hücumlarda iştirak edib.

16.10.2020 ci il tarixində Suqovuşan və Ağdərə istiqamətində gedən döyüşlərdə ağır yaralanıb.

İbrahimin bacısı Həvva xanım qardaşının vəziyyətinin yaxşı olmadığını və ona lazımi diqqətin göstərilmədiyini bildirib.

“Qardaşımı o hospitaldan, bu biri hospitala göndərirlər. Ayağı pis vəziyyətdədir. Həm sinirdə qəlpə qalıb, həm də böyük bir qəlpə yarası var. Ayağı açılmır, gəzə bilmir. Kəllə-beyin travması alıb, sağ qulağının eşitmə qabiliyyəti xeyli zəifləyib.

Psixoloji durumu da heç yaxşı deyil. Soyuq torpağın üstündə yatmaqdan mədə-bağırsağı pis vəziyyətdədir. Nə yesə qaytarır. Belində qəlpə izindən yer yoxdur. Lakin həkimlər normal bir söz demir. Müalicəsi yarımçıq qalıb. Baş açmırıq ki, necə müalicə olunmalıdır. Qardaşımın məndən başqa heç kimi yoxdur. Hara gedək, dərdimizi kimə söyləyək bilmirik.

Gəncə hospitalından deyiblər ki, “get xidmətini elə. Sən özündən çıxardırsan bunları”. Harda görülüb ki, qoltuq ağacı ilə (kestel) hərbi xidmətə gedirlər? Necə oldu o boyda döyüşdə iştirak etməkdən qorxmadı qardaşım amma hərbi hissəyə qayıtmaqdan qorxur?

Dünən axşam İbrahimi Gəncə hospitalından çıxardıblar. Deyiblər ki, “get evinə. Beşinci gün gəlib sənədlərini götürərsən”. Bu yaralı əsgər Gəncədən Bakıya hansı pulnan gəlib-getsin.

Axırda bir xeyriyyəçi qadına müraciət etmişəm. Qardaşıma müvəqqəti ev tapıb ki, beşinci günə kimi orada qalsın.

Dövləq qurumlarından xahiş edirəm ki, bizə kömək etsilər”.

Leyla Mirzə

Paylaş »
››› Vaksin vurulmuş şəxslərə veriləcək pasportun əhəmiyyəti nədir… - Açıqlama
››› “İlk zərbəni Türkiyə endirəcək, 2-3 gün çəkəcək, vəziyyət yaxşı deyil”
››› Qazimizin atası oğluna dərman almaq üçün kredit götürüb
››› "Türkiyə və Azərbaycanın qarşısında heç bir maneə yoxdur" - Abramyan
››› Ermənistan mağazalarında Azərbaycan etiketli məhsullar necə peyda olub... - Foto
››› Oqtay Şirəliyevə koronavirus əleyhinə peyvənd vurulub - Video
››› Fransa erməni terrorçularını Azərbaycandan geri almaq istəyir
Son xəbərlər
Bütün xəbərlər »