Rusiyanın Tula şəhərində təhsil müəssisəsinə hücum etməyə hazılaşan 18 yaşlı gənc saxlanılıb.
Bu barədə Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
“FTX Tula şəhərində təhsil müəssisəsinə silahlı hücum etməyə hazırlaşan 2002-ci il təvəllüdlü yerli sakini saxlayıb. Onun üzərindən ov silahı, kommunikasiya vasitələri aşkarlanıb”, - deyə məlumatda bildirilib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.(apa)