Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“190 manatlıq paketdənsə, işsizlərə ərzaq və səhiyyə xidmətləri kartı paylanılsın”
Manat - Maaş

Nazirlər Kabinetinin qərarına əsasən sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar 600 min nəfərə yenidən 190 manat dəyərində birdəfəlik ödəmə təyin olunacaq. Yardımı alacaq şəxslər daha öncəki sərtləşdirilmiş karantin ərəfəsində qeydiyyatdan keçmiş vətəndaşlar olacaq.

Belə olan halda həmin vaxt işləyən bir çox vətəndaşlarımız hazırda işsizdir. Həmin insanların aqibəti necə olacaq?

İqtisadçı ekspert Rəşad Həsənov məsələ ilə bağlı Bizimyol.info-ya açıqlamasında dəstək planlarının müəyyən büdcə ilə çərçivələndirildiyini bildirib.

Rəşad Həsənov Rəşad Həsənov

“Ötən 9 ay ərzində nələr dəyişib? Hansı seqmentlər üzrə işsizlik artıb? Qəbul edilən son karantin qərarları necə təsir göstərəcək əmək bazarına? Bütün bu faktorları nəzərə almadan, sadəcə 600 min nəfərə bu yardımı verə bilərik deyirlər. Əmək bazarının yarıdan çoxu illeqal olduğu dövrdə qəbul etdikləri bu qərar nəticəsində proqnozlaşdırma aparıla bilməz ki, nə qədər insan bu statusa uyğundur və nə qədər insana bu vəsait ödənilməlidir. Onu əvvəlcədən açıqlayırsınızsa deməli faktiki olaraq limitləndirirsiniz və bu dəfə də proqramın icrasında insanların müraciətinə əsassız cavablarla imtina verəcəksiniz. Bu o deməkdir ki, insanlar Allahın ümidinə buraxılıb. Düşünürəm ki, məsələyə bu şəkildə baxılmamalıdır”.

Rəşad Həsənovun sözlərinə görə, 190 manatlıq paketdənsə, müəyyən sosail qruplara, o cümlədən işsizlərə ərzaq və səhiyyə xidmətləri kartının paylanılması daha yaxşı olardı.

“Həssas bir dövrdür. Kütləvi şəkildə xəstəlik yayılır. Sərt karantin qaydalarını hardasa başa düşmək olar. Səhiyyə sistemi 15 ildir inkişaf etdirilməyib. Bu da onun acı nəticəsidir ki, biz sərt karantinə getməyə məcbur olduq. Ümumdünya Səhiyyə Təşkilatı da daxil olmaqla, Azərbaycan səhiyyəsi də deyir ki, bu xəstəliklə mübarizədə ən vacib olan immunitet səviyyəsini yüksək saxlamaqdır. Bunun üçün də normal qidalanmaq lazımdır. İnsanların gəlirlərinin azaldığı bir dövrdə, onlara “keyfiyyətli qidalanın” deməyin özü bir təzaddır. Bu tək Azərbaycanda yox bütün dünyada da belədir. Səhiyyə açıq şəkildə deyir ki, edə biləcəkləri başqa bir şey yoxdur. Hökümətlər bu istiqamətdə daha çevik siyasət aparmalıdır və mexanizmlər formalaşdırmalıdır. Ən azından insanların ərzaq və səhiyyə xidmətlərinə əlçatanlığı təmin edilməlidir. Məsələn, 190 manatlıq paketdənsə, daha yaxşı olardı ki, müəyyən sosail qruplara, o cümlədən işsizlərə ərzaq və səhiyyə xidmətləri kartı paylanılsın. Bu kartlar yalnız qeyd edilən məqsədlər üçün istisadə edilə bilsin. 1 ay limitləndirmə şərti ilə çevik mexanizm formalaşdırılsın. Ərzaq təminatı sahəsində dəyər zəncirinin digər halqalarını da hərəkətə gətirə bilərdi bu mexanizm”,-deyə bildirir.

Leyla Mirzə

Paylaş »
››› Navalnının yaydığı görüntülər Putinin axırına çıxacaq - Video, Foto
››› Rusiyanın "yük atı": Yarım əsrin əfsanəsi tam yeni dizayna keçir - Foto
››› “Baydenin hakimiyyəti dönəmində Türk Dünyasını çətin günlər gözləyir”
››› 26 yaşında general-mayor rütbəsi alan gözəl...
››› ABŞ dollarının uzunmüddətli ucuzlaşması gözlənilir
››› "Azərbaycanın qələbəsindən sonra tarixi türk coğrafiyası bərpa olunur"
››› Azərbaycanda jurnalist qətlə yetirilib
Son xəbərlər
Bütün xəbərlər »