“Şanlı Azərbaycan Ordusu Ermənistanın sentyabrın 27-də başlatdığı hücumun ardından işğal altındakı Qarabağ və ətraf əraziləri azad etmək üçün uğurlu əməliyyat gerçəkləşdirib”.
Bizimyol.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşməmişdən əvvəl keçirdiyi mətbuat konfransında deyib.
“Öz ərazilərində verdiyi 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu Dağlıq Qarabağı işğaldan azad edib. Qarabağda 30 ildir davam edən ədalətsizlik başa çatdı”, - o qeyd edib.
Türkiyənin dövlət başçısı qey edib ki, Azərbaycanın qələbəsi ikitərəfli münasibətlərimizin və əməkdaşlığımızın daha da irəliləməsinə yol açdı, işğal olunmuş torpaqlarda dağıdılmış yaşayış məskənlərinin yenidən qurulmasında sizinləyik.