“Kərə yağının keyfiyyətilə bağlı şikayətlər çoxalıbdır”.
Bunu Bizimyol.info-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.
Ekspert bildirib ki, ölkədə kərə yağı məsələsində ciddi problem var: “Azad istehsal bazarıdır, kim kimi istəsə aldatmağa çalışır. “İstehlakçıların hüquqların müdafiəsi haqqında” qanunu ayaq altına atılır.

Ölkənin əmtəə bazarında çoxlu sayda saxta yağlar var. İstehlakçılar elə bilirlər ki qablaşdırılmanın üzərinə “Təbii yağ” yazılıbsa, həmin yağ kərə yağı deməkdir. Halbuki həmin yağlar bitki yağlarının qarışığıdır”.
Ekspert yağları seçmək üçün istehlakçılara məsləhət verdi: “İstehlakçı taxçalara düzülən qablaşdırılmış yağları sıxsınlar. Hansı yağ bərk olduğunu hiss etsələr, bilsinlər ki həmin yağ daha təmiz kərə yağıdır. Kərə yağını kəsəndə o parçalanıb tökülməlidir, səlis kəsilməli deyil. Azca sarımtıl rəngi olmalıdır, spesfik dadı olmalıdır.
Çox təəssüf olsun ki bazarda sprey və qarışıq bitki yağlarını “Kərə yağı” adı altında satırlar”.
Ramid İbrahimov