Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
VTB (Azərbaycan) sahibkarlar üçün Facebook-da rəqəmsal bankını işə salıb
PRESRELIZ-direct-business

Bank VTB (Azərbaycan) Facebook sosial şəbəkəsinin mesenceri üzərindən sahibkarlara Direct Business rəqəmsal bankını təklif edir. Xidmət vasitəsilə müştərilər bankın filiallarına gəlmədən, elə mesencerdə biznes-kart sifariş edə, pul köçürə (ölkədaxili, hesabları arasında, dövlət büdcəsinə), nağdsız konvertasiya həyata keçirə bilər, eləcə də QR-kod vasitəsilə hesablarını artıra bilər.

Direct Business vasitəsilə həmçinin hesablar üzrə çıxarış və rekvizitlər, filial və bankomat şəbəkəsi, eləcə də mübadilə kursu haqqında məlumat almaq mümkündür. Bütün xidmətlər 24/7 rejimində təqdim olunur.

Direct Business-dən istifadənin daha bir üstünlüyü biznes-kartlara aiddir. Belə ki, Direct Visa Business və Direct Visa Platinum kartları rəqəmsal bank vasitəsi ilə sifariş zamanı daha sərfəli tariflə təklif olunur.

“Biz daim rəqəmsal xidmət kanallarını inkişaf etdiririk və müştərilərimizə sadə və rahat həllər təklif etməyə çalışırıq. Cari epidemioloji vəziyyəti nəzərə alaraq distant kanallar daha da aktuallaşıb. İndi sahibkarlar öz maliyyə vəsaitlərini banka gəlmədən istənilən vaxtı idarə edə bilər. Biz xidmətin imkanlarını genişləndirməyə davam edəcəyik və yaxın vaxtlarda müştərilərə yeni funksiyalar təklif olunacaq ” – deyə, bank VTB (Azərbaycan)-ın İdarə heyətinin üzvü, Korporativ biznesin inkişafı departamentinin rəhbəri Yasin Cəlilov bildirib.

Direct Business-ə QR-kod vasitəsilə asanlıqla daxil olmaq mümkündür :

Paylaş »
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
››› “Lotu Quli”nin titul verdiyi “Saşa Kuşner”i armaturla vəhşicəsinə döyüb alçaltdılar
››› Rusiyada "Navalnı inqilabı" başlayıb: Etirazlar böyüyür - Fotolar
››› Nazirin açıqlamasından çıxan nəticə: Azərbaycanda təhsil düzələn deyil
››› “Köçəryan Xankəndidə qaçıb masanın altında gizləndi...” - Erməni deputata qarşı ittiham
››› Minasyan: “Ölkə xalqın vecinə də deyil, uçuruma yuvarlanırıq”
››› Nazir Milli Qəhrəmanın bacısı oğlunu sərəncama göndərib
Son xəbərlər
Bütün xəbərlər »