Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xəzərdə suitilərin ölümü ilə bağlı məsələyə aydınlıq gətirilib
Xəzər sahillərində ölü suitilər aşkarlandı

Xəzər dənizinin Maxaçkala və Kaspiysk şəhərləri arasındakı Kalmıkiya sahillərində Xəzər suitilərinin ölümü ilə bağlı məsələyə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Mehman Axundov münasibət bildirib.

Bizimyol.info xəbər verir ki, M.Axundov Xəzər suitisinin populyasiyasının böyük hissəsi payızın sonu və qışda Xəzərin şimal hissəsində baş verdiyini deyib.

O qeyd edib ki, bu səbəbdən suitilər şimali Xəzərə miqrasiya edir və yetkin fərdlər yazın əvvəllərinə qədər burada qalaraq, yanvar-fevral aylarında buzun üzərində çoxalırlar: "Şimali Xəzərə miqrasiya edərkən Dağıstan və Kalmıkiya sahillərindən qrup şəklində keçən suitilərin həmin sahilyanı akvatoriyalarda qanunsuz balıq ovu məqsədilə qurulmuş torlara ilişərək boğulma səbəbindən öldüyü ehtimal olunur. Suitilərin digər səbəbdən, suyun çirklənməsinin təsirindən ölməsi versiyası isə az məntiqlidir. Çünki bu halda digər dəniz canlılarının da kütləvi ölümü qeydə alınardı. Bu versiyanın təsdiqi üçün suiti cəsədlərinin daxili orqanlarından nümunələr götürülməli və toksikoloji analizlər aparılmalıdır. Odur ki, Dağıstan sahillərində suitilərin kütləvi ölümünün əsas səbəbini qanunsuz balıq ovu və brakonyerliklə əlaqələndirmək daha məntiqli görünür".

Xidmət rəsmisi vurğulayıb ki, dünyada mövcud olan pərayaqlıların ən xırda növü hesab edilən endemik Xəzər suitisinin sayı XX əsrin əvvəllərində təqribən 1 milyon fərd təşkil edib, hazırda isə onların ümumi sayı təqribən 111 mindir: “Suitilərin azalması əsasən 1997-ci ildən müşahidə olunur. Rusiya mütəxəssisləri ehtimal edir ki, suitilərin məhv olmasına səbəb qida zəncirindəki dəyişikliklər, Xəzər dənizinin ekosisteminə yeni növlərin gətirilməsi, isti keçən qış, iqlim dəyişməsi səbəbindən təbii çoxalma dövrünün pozulması, müxtəlif xəstəliklər, o cümlədən suiti vəbası, balıq ovunda istifadə edilən qadağan olunmuş ov vasitələri və brakonyerlikdir”.

Paylaş »
››› Türkiyədən dron alan Ukrayna dronları məhv edən silah hazırladı - Foto
››› "Öz təhlükəsizlik xidməti Putinə qarşı işləməyə başlayıb" - Rusiyada gərginlik
››› “Azərbaycanda Paşinyanı elə tərifləyirlər ki, elə bil, orada hörmətli insandır” - Qabrelyanov
››› Maliyyə Nazirliyindən hərbçilərin maaşının azaldılması ilə bağlı açıqlama
››› Rusiyada "Navalnı inqilabı" başlayıb: Etirazlar böyüyür - Fotolar
››› Təhsil naziri məktəb direktorlarının problemli videolarından danışdı
››› Vətən müharibəsinin qazisi icra başçısından və nazirlikdən şikayətçidir - Video
Son xəbərlər
Bütün xəbərlər »