Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirusdan evdə müalicə alanlara həkim məsləhəti
koronavirus

Bu gün 56 min koronovirus xəstəsinin hər 7 nəfərindən 6-sı ( 56 min xəstənin 48 mini ) evdə müalicə almaq məcburiyyətində qalıb.

TƏBİB-in "Xəstəliklərin kontrolu və profilaktikası" departamentinin müdiri Yaqut Qarayevanın məlumatına görə, xəstələnlərin 52 faizindən çoxu Bakıda yaşayır. Müqayisə üçün qeyd edək ki, müvafiq göstərici iyunun 29-da 49,5 faiz olub. İntensiv terapiyada, reanimasiyada olan xəstələrin sayı 6-cı və 7-ci aylarla müqayisədə 2 dəfədən çoxdur.

Əvvəlki dövrlə müqayisədə xəstələr daha ağır vəziyyətdə xəstəxanalara qəbul edilir. Yoluxma hallarının hər test verən 4 nəfərdən birində müşahidə olunması virusun hazırkı dalğasının əhatə dairəsinin geniş və yoluxma potensialının yüksək olduğunu təsdiq edir. Hesab edirəm bu həm də xəbərdarlıq kimi də qəbul olunmalıdır ki, belə davam edərsə hər kəs virusa yoluxa bilər. Xəstəxanalarda artıq koronavirus xəstələrini qəbul etməyə yer yoxdur. Bəs evdə müalicə alanlar əsasən nələrə diqqət etməli, hansı dərmanları nə şəkildə qəbul etməlidirlər?

Bizimyol.info-nun bu sualını Türkiyədə çalışan soydaşımız, koronavirusla mübarizədə ön sıralarda dayanmış xanım, Hacəttəpə xəstəxanasının həkimi Turanə Rəsulova cavablandırir:

Turanə Rəsulova Turanə Rəsulova

Koronavirus testi verdiniz və cavab pozitiv çıxdı. Sizdə ilk bu əlamətlər nəzərə çarpacaq. Yüngül baş ağrısı, əzələ ağrısı, yorğunluq, halsızlıq, yüngül öskürək, 37,5 qızdırma və.s Bu əlamətlərdən hər hansı biri olmaya da bilər. Bəs testiniz pozitiv çıxıbsa və evdə müalicə alacaqsınızsa nə etmək lazımdır?

Birinci D vitaminin qəbuluna başlamaq lazımdır. 4000 BV (beynəlxalq vahid) gündəlik qəbul etmək lazımdır. Test verib D vitamini səviyyəsini öyrənmək yaxşı olardı. İmkan yoxdursa, dediyim qaydada qəbul etmək lazımdır. İdeal olaraq 30-50 ng/ml-nin (nanoqram-millilitr) D vitamini səviyyəsinin kifayət olduğunu düşünülür. Dünya üzrə aparılan elmi çalışmalar göstərib ki, D vitaminin insan orqanizmində 30, 50 və hətta 100 nanoqramın üzərində olması koronavirusun yüngül keçirilməsinə kömək edir. D vitamininin orqanizmdə azlığı pnevmoniya və digər infeksiya xəstəliklərinin ağırlaşmasına səbəb olur. 25 damla 3300 nanaoqrama bərabərdir. Bir mikroqram 40 bv-yə bərabərdir. İnfeksiya davam etdiyi müddətdə D vitamini qəbuluna mütləq davam edilməlidir.

C vitaminini gündəlik 2000 milliqram dozada qəbul etmək lazımdır. Sink qəbulu(40 milliqram gündəlik doza) qəbulu lazımdır.

Son araşdırmalardan məlum olub ki, koronavirus əsasən damar divarlarını zədələyir və ölümə ən çox trobmlaşma səbəb olur. Buna görə hər gün 100 milliqramlıq aspirin qəbulunu tövsiyə edərdim.

Bundan əlavə Heparin iynə şəklində qarın ətrafına vurulacaq.

Öskürək üçün "ACC" preparatı çox faydalıdır. Gündəlik 600 milli qram qəbul edilməlidir.

Xəstəxana təmin edibsə Favipiravir ilk gün 1600 milli qram qəbul edilməlidir. Gündə iki dəfə. Bir tableti 200 milli qramdır. Yəni birinci gün 8 tablet səhər, 8 tablet axşam, sonrakı günlərdə səhərlər 3 tablet, axşamlar 3 tablet qəbul edilməlidir. Ürəkbulanma, qusma yoxdursa qətiyyən sistem köçürmək lazım deyil. Sistem evdə müalicə protokollarında yoxdur. Çünki bəzi dərmanlar a llergiya verə bilər. Əgər ağızdan normal maye qəbul edə bilirksə, damara zədə vermək lazım deyil.Əgər ağızdan qəbul edə bilmirsinizsə, demək müalicə xəstəxanda davam etdirilməlidir.

Bir çoxlarına Deksametazon təyin edilir. Mexanik ventilyasiya aparatına bağlananlarda, ağır pnevmoniya olanlarda deksametazona ehtiyac var. Yüngül və orta ağır xəstələdə Deksametazon dekord iynəsinə ehtiyac yoxdur.

Antibiotiklər barədə də bir neçə söz deyim. Qətiyyən antibiotik müalicəsinə ehtiyaz yoxdur. Antibiotiklər immuniteti zəiflədir. Profilaktika üçün əsla qəbul edilməməlidir.Bu nəinki faydalı, hətta zərərlidir. Ağırlaşma varsa, tənəffüs sayı dəqiqədə 24-dən, qızdırma 38 dərəcədən çoxdursa, ciddi nəfəs sıxıntısı varsa xəstəxanaya üz tutmaq lazımdır.

Xəstələr ilk beş gün özünü yaxşı hiss edir. İkinci həftədən etibarən ağırlaşma başlayır. Yuxu və qidalanma problenmləri yaranır. Qan damarlarında problem yaranmasın deyə bütün günü yataqda keçirmək olmaz, bunun qarşısını almaq üçün arabir otaqda gəzişmək, otağın havasını tez- tez dəyyişmək lazımdır.

İlhamə Rəsulova

Paylaş »
››› "Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir" - Ermənistanda həyəcan
››› ABŞ Krıma müdaxilə planı hazırlayır: Rusiya narahatdır
››› "Bakı Xəzər sahillərini itirəcək" - Almaniya mətbuatı
››› "Ərdoğan Afrikanı seriallarla ələ keçirir" - Britaniya mətbuatı
››› Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama
››› Faktiki hava açıqlandı
››› Həkim pandemiyanın bitəcəyi tarixi açıqladı
Son xəbərlər
Bütün xəbərlər »