Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elman Rüstəmov: "Əmanətlərin tam sığortalanması sistemində uzun müddət qalmaq olmur"
Elman Rüstəmov

Əmanətlərin Sığortalanması Fondu (ADIF) bütövlükdə Azərbaycanın maliyyə sabitliyin qorunması baxımından olduqca mühüm elementdir.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

Mərkəzi Bankın sədri bildirib ki, əmanətlərin dinamikasına baxsaq, maliyyə sabitliyinin təmin olunmasında əmanətlərin sığortalanması olduqca mühüm rol oynadı: “2008-ci ildən başlamış maliyyə böhranı, 2014-cü ildə olan böhranın Azərbaycan iqtisadiyyatına təsirini azaltmaq üçün və maliyyə sabitliyinin yüksəldilməsi üçün əmanətlərin tam sığortalanması 2016-cı ildə tətbiq olundu. Əmanətlərin tam sığortalanması bütün ölkələrdə tətbiq olunan sistemdir. 2016-cı ildən bu yana Sinqapur, Almaniya, Avstraliya kimi ölkələr də bu sistemi tətbiq edib və maliyyə sabitliyi yaranandan sonra bu sistemdən çıxıblar. Bu sistemin Azərbaycanda tətbiq edilməsi də ölkəmizdə bank sektorunun sağlamlaşdırılması tam şəkildə həyata keçirilə bildi. Zəif banklar sistemdən uzaqlaşdırıldı. Banklar əmanətçiləri maliyyə itkilərinə məruz qalmadı. 43 min əmanətçiyə 1,3 mlrd. manat kompensasiyanı biz əmanətçilərə ödəyə bildik. Lakin bu sistemdə uzun müddət qalmaq olmur. Sistemdə uzun müddət qalmaq bankların risk davranışına ciddi təsir göstərir. Bankların əmanətçilərin qarşısında məsuliyyəti azalır. Dövlət dəstəyi də burada olur. Digər tərəfdən isə iri əmanətçilər tərəfindən banklara nəzarət mexanizmi də zəifləyir. Bütün bunları tam müzakirə edəndən sonra İqtisadi Şuranın iclasında tam müzakirə edildi. Belə qərara gəldik ki, artıq sistemdən çıxmaq üçün tam şərait yaranıb. Çıxış strategiyasında ən başlıca məsələ hansı məbləğlə, nə vaxt çıxmaqdır”.(apa)

Paylaş »
››› "Bakı Xəzər sahillərini itirəcək" - Almaniya mətbuatı
››› "Bizə şərt irəli sürürlər ki, azərbaycanlıların hərəkətinə o vaxt icazə verərik ki..."
››› “Ey, oğlan, atandan soruş ki, Afrikaya şir ovuna getmək əvəzinə niyə orduya bir-iki PUA almırdı?...”
››› Nikol Paşinyan: "20 Yanvarda Bakıda qətlə yetirilənlərin ruhları qarşısında baş əyirəm"
››› “Navalnı Putini devirə bilər” - Rusiyada siyasi durum gərginləşib
››› "Avropa Türkiyədən aşkar geri qalır" - Azərbaycanın qələbəsinə dünyadan reaksiyalar
››› Vilayət Eyvazov polis rəisini işdən azad etdi
Son xəbərlər
Bütün xəbərlər »