Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiyanın Azərbaycana qarşı "pomidor və alma" qadağası Zəfər paradına cavabdır"
“Zəfər paradı”na hazırlıq məşqləri: Azərbaycan və Türkiyə Ordusu birlikdə - Video

“Rusiyanin Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (Rosselxoznadzor) dekabrın 10-dan etibarən Azərbaycandan Rusiyaya pomidor və alma idxalını qadağan etdiyini açıqlayıb”.

Bizimyol.info xəbər verir ki, bu sözləri iqtisadçı alim, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu bildirib.

Qubad İbadoğlu Qubad İbadoğlu

Onun sözlərinə görə, yalnız pomidor ixracı il ərzində ölkəyə 150 milyon ABŞ dollarından çox gəlir gətirir.

“Rosselxoznadzor bu qərarnı idxal olunan məhsullarda cənubi Amerika pomidor güvəsi və şərq almaqurdu aşkarlaması ilə izah edir. Qurumun açıqlamasında qeyd olunur ki, "bu baxımdan, fitosanitar vəziyyəti qorumaq, bu zərərvericilərin Rusiya Federasiyası ərazisinə gətirilməsinin və yayılmasının qarşısını almaq üçün Rosselxoznadzor 10 dekabr 2020-ci ildən etibarən Rusiyaya Azərbaycandan pomidor və alma idxalını qadağan etmək məcburiyyətində qalır”.

Rusiya bazarı Azərbaycan üçün qeyri-neft məhsullarının əsas ixrac bazarıdır. Bu bazara göndəriln kənd təsərrüfatı məhsulları arasında pomidor və alma xüsusi yer tutur. Azərbaycan iş adamları Rusiya bazarında pomidorun tədarük həcminə görə birinci yerdədir. Belə ki, Rusiyanın Federal Gömrük Xidmətinin məlumatına görə, 2019-cu ildə Azərbaycan bu ölkəyə 172,359 min ton (bu məhsulların ümumi idxalının 30,9%-i) təzə və dondurulmuş pomidor idxal edib.

Hesablamalara görə, Rusiya bazarına pomidor ixracı il ərzində ölkəyə 150 milyon ABŞ dollarından çox gəlir gətirir”.

Qubad İbadoğlunun sözlərinə görə, bu qərarın dekabrın 10-da Bakıda keçiriləcək hərbi paradla əlaqəsi var.

“Hesab edirəm ki, Azərbaycan ordusu tərəfindən qənimət kimi ələ keçirilən hərbi texnikalar yalnız Rusiyanın istehsalıdır və onların paradda nümayişi Rusiya hərbi sənaye kompleksini nüfuzdan salır. Odur ki, pomidor və alma qadağasını qələbə paradının əleyhinə olan Rusiyanın cavabı kimi də qəbul etmək olar”.

Leyla Mirzə

Paylaş »
››› Rusiya Qarabağda Ermənistan ordusunu müharibəyə hazırlayır - Fotolar
››› Putinin mənzilində yaşayan şəxs: “Navalnı gəlmişdi” - Fotolar
››› “Ermənistan altı ölkə arasında qurulacaq əməkdaşlığa qoşula bilər”
››› 3 rayonda su kəsiləcək
››› “Bəsdir!” - Hikmət Hacıyevin “Atlantic Council”dəki nitqinə dair
››› Ramin Quluzadə nazir vəzifəsindən azad edilib
››› Tağı Əhmədov xəstəxanaya yerləşdirildi
Son xəbərlər
Bütün xəbərlər »