Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Övladları atalarınının artıq cənnətdə olduğunu bilirlər”
Şəhid Elmir Nəsirov

Elmir Zülfü oğlu Nəsirov 1991-ci ilin 13 iyul tarixində Füzuli rayonu Əhmədbəyli kəndində anadan olub.

Həqiqi hərbi xidməti başa vurduqdan sonra 2013-cu ildə öz istəyi ilə Azərbaycan ordusunun sıralarında yenidən xidmət etmək üçün müraciət edib və tank taborunda, tuşlayıçı operator vəzifəsinə təyin edilib.

Şəhidin qardaşı onunla bağlı danışarkən, Elmirin 2016-cı ilin aprel döyüşlərində əks-hücum əməliyyatlarında fəal iştirak etdiyini, xidməti tankının düşmən tərəfindən vurulduğunu bildirib.

“Qardaşım İkinci Qarabağ müharibəsində də, tankçı kimi döyüşlərə qatılıb. Cəbhənin Füzuli rayonu istiqamətində əməliyyatlarda iştirak edən zaman içində olduğu tank düşmən tərəfindən vurulub, buna baxmayaraq tankdan çıxaraq başqa bir tankda döyüşü davam etdirib.

O, Füzuli əməliyyatının və İkinci Qarabağ müharibəsinin başladığı 27 sentyabr tarixində rayonun Yuxarı Əbdürrəhmanlı kəndi uğrunda gedən şiddətli döyüşlərdə şəhid olub”.

Elmirin vətənə əmanət qoyub getdiyi 2 qız övladı var.

“Övladları balacadır. Lakin atalarınının artıq cənnətdə olduğunu bilirlər”, - deyə şəhidin qardaşı bildirir.

Leyla Mirzə

Paylaş »
››› Rusiya Qarabağda Ermənistan ordusunu müharibəyə hazırlayır - Fotolar
››› Putinin mənzilində yaşayan şəxs: “Navalnı gəlmişdi” - Fotolar
››› “Ermənistan altı ölkə arasında qurulacaq əməkdaşlığa qoşula bilər”
››› 3 rayonda su kəsiləcək
››› “Bəsdir!” - Hikmət Hacıyevin “Atlantic Council”dəki nitqinə dair
››› Ramin Quluzadə nazir vəzifəsindən azad edilib
››› Tağı Əhmədov xəstəxanaya yerləşdirildi
Son xəbərlər
Bütün xəbərlər »