Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vətəni yaşadanlar üçün Yaşat Fondu- “Bu hamının fondudur”
İlham Əliyev

Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (YAŞAT Fondu) yaradılması haqqında" fərmana əsasən Fonda müraciətlərin qəbulu və ehtiyacların prioritetləşdirilməsi qaydası müəyyənləşib. Fondun idarəsinə ümumi nəzarət ASAN xidmətə verilib.

Fondun yaradılmasında məqsəd şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

"Yaşat" Fondu Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr), habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılacaq.

Fond vasitəsilə həyata keçirilən tədbirlərə könüllülər də cəlb ediləcəklər. Şəxsin müraciəti elektron qaydada Fondun rəsmi internet səhifəsi üzərindən qəbul edilir. Müraciətlərin elektron qaydada formalaşdırılması ilə bağlı könüllülər müraciət edən şəxsə yardım göstərirlər.Müraciətlər ehtiyac prioritetliyi nəzərə alınmaqla, növbəlilik prinsipi ilə nəzərə alınacaq.Artıq millət vəkilləri və dövlət qurumlarında çalışan yüksək vəzifəli şəxslərin bir aylıq maaşlarının Yaşat Fonduna köçürülməsinə dair çağırışlar səslənməkdədir.Könüllülər qapı- qapı gəzərək müraciət etmiş ailələrin evlərinə ziyarət edəcək, nələrə ehtiyac olduğunu öz gözlərilə görəcəklər. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyir ki, “şəhid və qazi ailələri heç darıxmasınlar, ən qısa müddətdə bizim nümayənələrimiz onların qapısını döyəcək. Fondun işinin təkmilləşdirilməsi üçün mütəxəssislər və elektron mühəndislər də işə dəvət olunacaq. Bu fond hər kəsin,yəni vətəndaşlarımızın fondu olacaq. İanə verən şəxslər də ianələrinin hansı məqsədlərə yönəldiyini fondun hesabatlarında rahatlıqla görə biləcəklər”.

Vətən müharibəsində həlak olmuş şəhidlərimizin və bu qələbəyə canından , sağlamlığından töhvə vermiş hər bir qazimizin ehtiyacları fonddan ödəniləcək. Heç kim diqqətdən kənarda qalmayacaq. Yaşat Fondu ümumilikdə Qarabağ uğrunda getmiş döyüşlərdə şəhid və qazi olmuş bütün ailələrin problemlərinin həllinə yardımçı olacaq.Yəni I Qarabağ müharibəsinin də diqqətdən kənarda qalmış qaziləri yardım üçün müraciət edə biləcəklər.

Ölkə ziyalıları fondun yaradılmasını alqışlayırlar. Yaşat Fondu müqəddəs amal uğrunda can verməyə getmiş hər bir insanın əməyinin boşa getmədiyinin güvəncəsi kimi dəyərləndirilməlidir.Bu fond əslində döyüşçü ailələrinin məhz xalqına, dövlətinə əmanət olmasının sübutudur. Ümid edirik ki, ehtiyacı olan hər bir döyüşçü ailəsi Yaşat Fondunun dəstəyi ilə cəmiyyətdə layiqli yerini tutacaq.

İlhamə

Paylaş »
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
››› “Lotu Quli”nin titul verdiyi “Saşa Kuşner”i armaturla vəhşicəsinə döyüb alçaltdılar
››› Rusiyada "Navalnı inqilabı" başlayıb: Etirazlar böyüyür - Fotolar
››› Nazirin açıqlamasından çıxan nəticə: Azərbaycanda təhsil düzələn deyil
››› “Köçəryan Xankəndidə qaçıb masanın altında gizləndi...” - Erməni deputata qarşı ittiham
››› Minasyan: “Ölkə xalqın vecinə də deyil, uçuruma yuvarlanırıq”
››› Nazir Milli Qəhrəmanın bacısı oğlunu sərəncama göndərib
Son xəbərlər
Bütün xəbərlər »