Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dəfn mərasimində iştirak edən koronavirus daşıyıcısına cinayət işi başlanılıb
Evlərini tərk edən koronavirus xəstələri saxlanıldı - Foto

Zərdabda koronavirusdan dünyasının dəyişən həmkəndlisinin dəfn mərasimində iştirak edən COVİD-19 virusunun daşıyıcısı barədə cinayət işi başlanılıb.

Bizimyol.info xəbər verir ki, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbir nəticəsində ev şəraitində müalicəyə cəlb edilən amma buna baxmayaraq yaşayış yerini tərk edərək daha bir aktiv koronavirus xəstəsi müəyyən edilib. Rayonun Pərvanlı kəndində yaşayan Əli Hüseynovun virusun daşıyıcısı olduğunu bilə-bilə koronavirus xəstəliyindən dünyasını dəyişən həmkəndlisinin dəfn mərasimində iştirak etdiyi məlum olub.

Araşdırma zamanı məlum olub ki, aktiv COVİD-19 virusunun daşıyıcısı olan bu şəxs karantin qaydalarını kobud şəkildə pozaraq polis əməkdaşlarının dəfələrlə etdikləri xəbərdarlıqlara, həmçinin telefon vasitəsi ilə ona yaşayış evini tərk etməmək barədə sms göndərilməsinə baxmayaraq bu göstərişlərə bilərəkdən əməl etməyib. Bununla da Ə.Hüseynov virusun daha çox yayılmasına şərait yaradıb. Yaşadığı ünvanı bir neçə dəfə tərk edən bu şəxs Pərvanlı kəndinin inzibati ərazisində yerləşən qəbirstanlıqda polislər tərəfindən saxlanılıb. Polislər tibbi prosedurları gözləməklə Ə.Hüseynovu yaşadığı evə qaytarıblar.

Onun barəsində Zərdab Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırmalar davam etdirilir.

Paylaş »
››› "Bizə şərt irəli sürürlər ki, azərbaycanlıların hərəkətinə o vaxt icazə verərik ki..."
››› “Navalnı Putini devirə bilər” - Rusiyada siyasi durum gərginləşib
››› "Avropa Türkiyədən aşkar geri qalır" - Azərbaycanın qələbəsinə dünyadan reaksiyalar
››› Nikol Paşinyan: "20 Yanvarda Bakıda qətlə yetirilənlərin ruhları qarşısında baş əyirəm"
››› “Baydenin hakimiyyəti dönəmində Türk Dünyasını çətin günlər gözləyir”
››› Baydenin andiçməsindən maraqlı anlar: Klintonun yatması, Senatorun əlcəkləri - Video
››› Rusiyanın "yük atı": Yarım əsrin əfsanəsi tam yeni dizayna keçir - Foto
Son xəbərlər
Bütün xəbərlər »