Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Artıq virus evlərdə və ailələrdədir, evə qapanma qərarına ehtiyac yox idi” - Həkim
Maska

Xəbər verildiyi kimi Nazirlər Kabineti yanında Operativ Qərargah Azərbaycanda son aylarda yaşanan yüksək yoluxma səviyyəsini nəzərə alaraq, virusun yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində sərtləşdirilmiş karantin tədbirlərinin həyata keçirilməsinə qərar verib.

Qərara görə, ölkə üzrə xüsusi karantin yanvarın 31-i saat 06:00-dək uzadılır. Habelə, bu il dekabrın 14-ü saat 00:00-dan 2021-ci il yanvarın 18-i saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilir.

Qeyd edilir ki, həmin müddətdə ölkənin bütün ərazisində Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilmiş iş, xidmət sahələri istisna olmaqla digər sahələrdə fəaliyyət dayandırılır. Bütün ticarət, ictimai iaşə obyektlərinə, o cümlədən restoran, kafe, çay evlərinə müştərilərə yalnız çatdırma xidmətlərinin göstərilməsi və ya onlayn satışa icazə verilir.

Müşfiq Hüseynov Müşfiq Hüseynov

Karantin rejiminin yenə uzadılması və sərtləşdirilməsilə bağlı həkim Müşfiq Hüseynov Bizimyol.info-ya bildirib ki, Operativ Qərargahın bu qərarını çarəsizlik kimi qiymətləndirir.

Həkim qeyd edib ki, hazırda xəstəxanalarda yer yoxdur, test sayı azdır, apteklərdə dərman tapılmır, xəstə və ölü sayı çoxdur: “Pandemiyanın ikinci dalğasının noyabr ayında olacağı bir proqnoz idisə, ikinci dalğanın birincidən daha təhlükəli olması ikinci proqnoz idi. Bir başqa proqnoz da yayda 4 ay davam edən qapanma ilə əlaqədar idi. Belə ki, sentyabra qədər 8103 SMS icazə sistemi fəaliyyət göstərdi. İnsanları yayda dənizsiz, havasız, günəşsiz və meyvəsiz qoymaq qəti düzgün deyildi və biz bunun acı nəticəsini qışda mütləq görəcəkdik!

Əvvəldən də deyildi ki SMS icazə sistemi tətbiq edilməməlidir, ya tam 2 həftəlik qapanmaya gedib, ümumiyyətlə küçəyə çıxma yasağı gətirilməli idi, ya da maska məcburiyyəti tətbiq edilməli idi. Amma olmadı. İnsanlar bütün yayı 4 divar arasında keçirtdilər. Zatən zədələnmiş immun sistemi bərpa olunmağa vaxt tapmadı. Nəticəsini bu gün görürük”.

Həkim bildirib ki, müharibədən bitmiş ekonomik durumdan çıxan xalqı yenidən evə qapatmaq düzgün qərar deyil: “Qış gəlib, hava saat 17:00-da qaralır, onsuz da küçələrdə insan azalıb. Şənbə və bazar günləri qapanması yetərli idi. Vəziyyət 2 həftəyə stabilləşəcəkdi. Amma yenə SMS icazə sistemi, yenə evdən çıxma yasağı gəldi.

Nəsə dəyişəcəkmi?

Məncə yox. Səbəbləri yazdım. Virus küçədə deyil ki, onu qapatmaqla həll edəsən. Bu qərar pandemiyanın ilk aylarında uğurlu sayıla bilər. Artıq virus evlərdə və ailələrdədir. Evə qapanma qərarına ehtiyac yox idi. Həftənin 2 günü qapanma yetərli idi. Maska məcburiyyəti, şəhid dəfnlərinib bitməsi, insanların küçələrdən yığışması gələn həftədən başlayaraq mütləq saya təsirini göstərəcəkdi. Niyə belə qərar verildi, anlamaq mümkün deyil.

Qapanma çarə deyil. Hələ indiki durumda və qışda ümumiyyətlə deyil. Pandemik vəziyyətin bitməsi üçün əhalinin müəyyən hissəsinin maarifləndirilməsi lazımdır”.

Ramid İbrahimov

Paylaş »
››› "Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir" - Ermənistanda həyəcan
››› Bizi yoluxdururlar, yoxsa xilas edirlər?- Vaksinin qəribə xüsusiyyətləri barədə
››› Baydenin Hacınəzəryana yüksək vəzifə verməsi Azərbaycana qarşı nə vəd edir...
››› Azərbaycanda yeni mis-qızıl yatağı kəşf edilib
››› ABŞ Krıma müdaxilə planı hazırlayır: Rusiya narahatdır
››› "Ərdoğan Afrikanı seriallarla ələ keçirir" - Britaniya mətbuatı
››› Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »