Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polad Bülbüloğlu: Əgər qonşularımız müdriklik göstərə bilsələr...
Polad Bülbüloğlu

“Hesab edirəm ki, bugünkü forum iqtisadi əlaqələrimizin inkişafı üçün yaxşı platformaya çevriləcək. Ümid etmək istəyirəm ki, o, ənənəvi hal alacaq, yeni fürsətlər pəncərəsi yaradacaq və iqtisadi əlaqələrimiz xalqlarımızın rifahı naminə inkişaf edəcək”.

Virtualaz.org bildirir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvada keçirilən “Azərbaycan-Rusiya: iqtisadi diplomatiya və tərəfdaşlıq strategiyası” adlı biznes forumda çıxışı zamanı deyib.

“Ölkələrimiz arasında sıx iqtisadi əlaqələr mövcuddur. “Şimal-Cənub” nəqliyyat dəhlizi fəal şəkildə işləyir. Keçən ilin sonunda Samur çayı üzərindən çoxdan gözlənilən və ölkələrin prezidentlərinin təşəbbüsü ilə inşa edilməsinə qərar verilmiş körpünün açılışı oldu. Ticarətin əsas mühərriki iş adamlarıdır, ticarət-sənaye palatalarımızdır, yalnız ölkələrimizin coğrafiyasının yox, həm də çox gözəl siyasi, iqtisadi və mədəni əlaqələrin diktə etdiyi qarşılıqlı maraqdır...

Hər il gah Azərbaycanda, gah da Rusiyada regional forumlar keçirilir. Azərbaycanın Rusiya Federasiyasının regionları ilə yaxşı əlaqələri var, sıx əməkdaşlıq mövcuddur. Subyektlər, təşkilatlar, fabriklər, iş adamları arasında birbaşa əlaqələrin yaradılması çox vacibdir. Bu cür forumlar da məhz belə imkanlar yaradır”, - P.Bülbüloğlu bildirib.

Səfir iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası komissiyanın rolunu, hər iki dövlətin parlamentləri və səfirlikləri səviyyəsində aparılan işləri, habelə iqtisadi əlaqələrin inkişafı və ticarətin artırılması üçün əlindən gələni edən Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin fəaliyyətini ayrıca qeyd edib.

“Bu tədbir Azərbaycan üçün çox əlamətdar bir zamanda keçirilir. Ölkəmiz Azərbaycan xalqının 30 ildir gözlədiyi böyük bir qələbə qazandı. İşğal altında olan torpaqlarımız azad edildi. Və bu gün yalnız Azərbaycan üçün deyil, bütün bölgə üçün yeni bir səhifə başlayır. Hörmətli Prezident İlham Əliyevin çıxışlarında dəfələrlə qeyd etdiyi kimi, geniş bir fürsət pəncərəsi yaradılır. Qonşularımız müdriklik göstərib normal iqtisadi qarşılıqlı əlaqə yolunu tutarlarsa, təbii ki, bunun bütün bölgə üçün böyük faydası olacaq”, - səfir deyib.

P.Bülbüloğlu geniş ikitərəfli əməkdaşlığın qarantının, ilk növbədə, bu münasibətləri hər zaman diqqət mərkəzində saxlayan iki ölkənin liderləri - Vladimir Putin və İlham Əliyev olduğunu xüsusi vurğulayıb.

Paylaş »
››› Rusiya Qarabağda Ermənistan ordusunu müharibəyə hazırlayır - Fotolar
››› Putinin mənzilində yaşayan şəxs: “Navalnı gəlmişdi” - Fotolar
››› “Ermənistan altı ölkə arasında qurulacaq əməkdaşlığa qoşula bilər”
››› 3 rayonda su kəsiləcək
››› “Bəsdir!” - Hikmət Hacıyevin “Atlantic Council”dəki nitqinə dair
››› Ramin Quluzadə nazir vəzifəsindən azad edilib
››› Tağı Əhmədov xəstəxanaya yerləşdirildi
Son xəbərlər
Bütün xəbərlər »