Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Satanovski: Paşinyan Rusiyanın onlara pis silahlar verdiyini deyir
Yevgeni Satanovski

Rusiyalı politoloq Yevgeni Satanovski Ermənistan ordusunun müasir rus hərbi texnikasından səmərəli istifadə edə bilmədiyini söyləyib.

Virtualaz.org bildirir ki, politoloq öz teleqram-kanalında yazıb: "Nikol Paşinyanın sözlərinə görə, Qarabağda Azərbaycanla son müharibədə Ermənistanın məğlub olmasının səbəblərindən biri də "Rusiya elektron müharibə sisteminin (REB) işləməməsi" olub".

Eyni zamanda mütəxəssis vəziyyəti belə izah edib: "Sadə rus dilinə çevrəndə belə çıxır ki, Rusiya onlara pis silahlar verib".

Lakin Satanovski Dağlıq Qarabağda bu yaxınlarda baş vermiş hərbi əməliyyatların bu cür təfsiri ilə qətiyyən razı olmadığını bildirib. Ekspert qeyd edib ki, Paşinyanın rusları günahkar çıxarmaq cəhdi hiddət doğurur.

“Rusiyanın elektron müharibə sistemlərinə gəlincə... Texnika vəhşinin əlində bir yığın metaldır. Köhnə deyimdir, amma dəqiqdir” deyən Satanovski, Paşinyanı dəstəkləyən mürtəce qüvvələrin hakimiyyətə gəlişindən sonra çox sayda yüksək ixtisaslı kadrlarını itirən Ermənistan silahlı qüvvələrinin hazırlıq səviyyəsinin aşağı olduğuna işarə edib.

Paylaş »
››› Navalnının yaydığı görüntülər Putinin axırına çıxacaq - Video, Foto
››› Rusiyanın "yük atı": Yarım əsrin əfsanəsi tam yeni dizayna keçir - Foto
››› “Baydenin hakimiyyəti dönəmində Türk Dünyasını çətin günlər gözləyir”
››› 26 yaşında general-mayor rütbəsi alan gözəl...
››› ABŞ dollarının uzunmüddətli ucuzlaşması gözlənilir
››› "Azərbaycanın qələbəsindən sonra tarixi türk coğrafiyası bərpa olunur"
››› Nazirin Sumqayıtın polis rəisini işdən çıxardı
Son xəbərlər
Bütün xəbərlər »