Almaniyanın "Borussiya" (Dortmund) və İtaliyanın "Latsio" klubları UEFA-dan xəbərdarlıq alıb.
"Report" xəbər verir ki, buna Dortmund təmsilçisinin baş məşqçisi Lüsyen Favrla Roma komandasına rəhbərlik edən Filippo İnzaginin hərəkəti səbəb olub.
Hər iki mütəxəssis qrup mərhələsinin V turunun Almaniyada keçirilmiş matçında start fitini gecikdirdikləri üçün sözügedən klublara sanksiya tətbiq olunub. Həmçinin "Borussiya" ev sahibi kimi 10 000 avro məbləğində cərimələnib.
Qeyd edək ki, dekabrın 2-də baş tutan "Borussiya" - "Latsio" görüşü 1:1 hesabı ilə yekunlaşıb.