Acun Ilıcalının layihələri təkcə Türkiyədə yox, ölkənin sərhədlərindən kənarda da məşhurdur.
Uğurlu televiziyaçı, iş adamı tamaşaçıların nəbzini tutmağı bacarır.
Bizimyol.info xəbər verir ki, türk milyonçu qızının baxması üçün serial çəkdirir. Ilıcalı Şəlalə Kadakın “YouTube” kanalına müsahibəsində bunu deyib. Onun danışdığına görə, bir dəfə Melisanın səhər yeməyi zamanı “Sihirli annem” serialının köhnə seriyalarına baxdığını görəndən sonra yeni çəkilişlərə başlamaq qərarına gəlib. Televiziyaçı məhz qızının xətrinə layihənin davamını gətirmək fikrinə düşüb. Ilıcalı müsahibədə çəkilişlərin başladığını bildirib.
Melisa Acun Ilıcalının üçüncü nikahından – sosial media fenomeni Şeyma Subaşı ilə izdivacından dünyaya gələn qızıdır. Türk milyonçunun 3 nikahdan 4 qızı doğulub. 2020-ci ildə Ilıcalının nəvəsi də dünyaya gəlib.