Ermənistanda qarışıqlıq davam edir. Hakimiyyətdən narazı kütlə artıb. Baş nazir Nikol Paşinyan isə müqavimət göstərir, istefa vermək istəmir.
Bizimyol.info xəbər verir ki, erməni rejissor Levon Divanyan hakimiyyəti sərt tənqid edib. O, Ermənistanı aşağılayan ifadələr də işlədib.
“Marionet dövlətə çevrilmişik. Müstəqil, öz müstəqilliyinin sahibi ola bilmədik. Özümüzdən başqa hamı bizimlə məşğul olur. Ölkə özü qərar verə bilmir. Kimdən nə tələb edirsiniz? Ermənistan yoxdur. Kimin ağlına gələrdi ki, Artsax veriləcək? İndi isə Zəngəzuru vermək istəyirlər. Buna görə kim məsuliyyət daşıyacaq? Bu hakimiyyət Zəngəzuru təhvil vermək üçün qalıb”.
Divanyanın fikrincə, Paşinyan ölkəni parçalamaqla məşğuldur: “Nikol Paşinyan qalacaqsa, Ermənistan itiriləcək”.