Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ara Ayvazyanın Moskvada Azərbaycana qarşı səsləndirdiyi ərazi iddialarına politoloqdan reaksiya: “Azərbaycan xəbərdarlıq edib”
Ara Ayvazyan

“Ermənistanın yeni xarici işlər naziri Ara Ayvazyan Moskvada rus həmkarı Lavrovla görüşündən sonra keçirilən brifinqdə absurt bəyanatlar verib. O, Ermənistanın baş naziri Nikol Paşinyanın və digər sərsəmçilərin yolu ilə gedir”.

Bunu Bizimyol.info-ya açıqlamasında politoloq Zaur Məmmədov bildirib.

Politoloq qeyd edib ki, Ara Ayvazyanın “Artsaxın müvəqqəti işğal edilmiş rayonları” ifadəsi və Türkiyəni soyqırımda ittiham etməsi, onun miflərlə və xəyallarla yaşayan erməni siyasətçisi olduğunu göstərdi: “Ermənistanın baş diplomatı Cənubi Qafqazda baş verənləri doğru dərk etmək qabiliyyətinə malik deyil. Bütün bunlar Ermənistanın dövlətçiliyini ciddi təhdidlərlə üz-üzə qoyacaq. Müharibədən əvvəl və sonra da Azərbaycan Ermənistanı xəbərdarlıq etmişdi. Köhnə ampulasında Ermənistan davam edərsə, bu ölkəni yeni ağır məğlubiyyətlər gözləyir”.

Ermənistanın xarici işlər naziri Ara Ayvazyan dekabrın 7-də Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

Qeyd edək ki nazirlər brifinqində Ara Ayvazyanın Azərbaycan və Türkiyə Dağlıq Qarabağ bölgəsinə muzdluların gətirilməsinı dair iddiaları bundan əvvəl qətiyyətlə rədd ediblər. Belə iddiaları irəli sürənlərin sübut göstərmədikləri vurğulanıb.

Ramid İbrahimov

Paylaş »
››› Ermənistan hərbi geyimlərinin üstündə "Made in Turkey" etiketi aşkarlanıb - Foto
››› İlham Əliyevin açıqlamasından sonra Ermənistan: "Uşaqlarımızı Qarabağdan qaytarın"
››› Baş nazirdən Azərbaycanda sərt karantin rejimi ilə bağlı qərar
››› "Azərİşıq": İşığımız Şuşada yandı! - Şəhərdən son videogörüntülər
››› Bayram Səfərov: “Sosial şəbəkə istifadəçiləri kordur, mən neyləyim...”
››› "SMS" icazə ləğv olunur
››› Paşinyanın oğlu da Moskvaya qaçdı - Video
Son xəbərlər
Bütün xəbərlər »