Ermənistanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən aksiya iştirakçılarından 34 nəfər tutulub.
Bu barədə Ermənistan polisinin mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, bu gün saat 12:00-da müxalifətin Paşinyana istefası üçün verdiyi müddət bitib. Bunun ardınca ölkədə müxalifətin çağrışı ilə aksiyalar başlayıb və etirazçılar yolları bağlama cəhd ediblər.