Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fərdi tədris və repetitor kursları da qadağan edilir
İmtahan

Dekabrın 14-dən etibarən qüvvəyə minəcək və yanvarın 6-na qədər davam edəcək sərtləşdirilmiş xüsusi karantin rejimində fərdi tədris və repetitor xidmətləri də qadağan olunur.

Belə ki, həmin xidmətlər Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin siyahısında yoxdur.

Bu vaxta qədər ölkədə üz-üzə təhsil dayandırılmışdı və məktəblər bağlanmışdı, tədris ancaq online qoşulma ilə mümkün idi. Hansı ki, Təhsil Nazirliyi təhsilin bu formasının özünü doğrultmadığını bu günlərdə etiraf edib. İndi isə fərdi təhsil və repetitor xidmətləri də dayandırıldığından bu xidmətlər də online formaya keçəcək.

Həmçinin 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin bütün ərazisində bərbərxanalar, gözəllik salonları, masaj, hamam və kosmetik xidmətlərin fəaliyyəti də dayandırılır.

Paylaş »
››› Rusiya Qarabağda Ermənistan ordusunu müharibəyə hazırlayır - Fotolar
››› Putinin mənzilində yaşayan şəxs: “Navalnı gəlmişdi” - Fotolar
››› “Ermənistan altı ölkə arasında qurulacaq əməkdaşlığa qoşula bilər”
››› Xırdalandakı partlayışda yaralananların şəxsiyyəti məlum oldu - Siyahı
››› 3 rayonda su kəsiləcək
››› Ramin Quluzadə nazir vəzifəsindən azad edilib
››› “Bəsdir!” - Hikmət Hacıyevin “Atlantic Council”dəki nitqinə dair
Son xəbərlər
Bütün xəbərlər »