Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da COVID-19-dan həftəlik ölüm sayı son 8 ayın pik nöqtəsinə çatıb
koronavirus

on yeddi gündə ABŞ-da COVID-19-dan 15 658 nəfər ölüb və bu, həftəlik ifadədə aprel ayından bəri ən yüksək ölüm göstəricisidir. Pandemiya qurbanlarının ümumi sayı dekabrın 7-dək olan müddətdə 283 703 nəfər təşkil edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə beynəlxalq təşkilatlar, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablama aparan Cons Hopkins Universitetinin məlumatlarında deyilir.

Son statistikaya əsasən, təkcə dekabrın 2-dən etibarən ABŞ-da koronavirusa yoluxma hadisələrinin sayı bir milyondan çox artaraq ümumilikdə 14 954 331-ə çatıb.

“Vəziyyət elədir ki, Şükran gününü arxada qoyub Milad bayramına doğru gedirik. Bu vəziyyət çətin olacaq”, - ABŞ-nin baş infeksionisti, Milli Allergik və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauçi CNN-ə açıqlamasında deyib.

Telekanal qeyd edir ki, amerikalı səlahiyyətlilər əhalini koronavirusa qarşı peyvəndləməyə başlayıb və yanvarın 20-dək – ölkənin seçilmiş prezidentinin andiçmə mərasimi gününə qədər onmilyonlarla insane peyvənd vurulmasına çalışır. Lakin ABŞ-nin səhiyyə və sosial xidmətlər naziri Aleks Azar hesab edir ki, yaxın həftələrdə yoluxma sayının artmasına dair ümumi tendensiya qorunacaq.

Paylaş »
››› Rusiya Qarabağda Ermənistan ordusunu müharibəyə hazırlayır - Fotolar
››› Putinin mənzilində yaşayan şəxs: “Navalnı gəlmişdi” - Fotolar
››› “Ermənistan altı ölkə arasında qurulacaq əməkdaşlığa qoşula bilər”
››› 3 rayonda su kəsiləcək
››› “Bəsdir!” - Hikmət Hacıyevin “Atlantic Council”dəki nitqinə dair
››› Ramin Quluzadə nazir vəzifəsindən azad edilib
››› Tağı Əhmədov xəstəxanaya yerləşdirildi
Son xəbərlər
Bütün xəbərlər »