Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Düşmənin təxribatlarına və yalan informasiyalarına qarşı yeni layihəyə start verilir
Elnur Allahverdiyev

“Vikipedia” məkanında Azərbaycanımız haqqında həqiqəti əks etdirən, dolğun materialların yerləşdirilməsinə başlayırıq. Öncüllük verdiyimiz istiqamətlər tarix, mədəniyyət, ədəbiyyat və incəsənətimiz olacaq”.

Bizimyol.info xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Elnur Allahverdiyev məlumat verib.

Deputat qeyd edib ki, “Qorqud" Vikipedia Metodiki Klubunun fəalları ilə yeni layihəyə start verir: “Vətən müharibəsi günlərində xalqımızın hər bir üzvü müqəddəs savaşımızın carçısı, təbliğatçısına çevrildi. Xarici kütləvi informasiya vasitələrinin paylaşımlarına yazılan şərhlərdə, sosial şəbəkələrdə misilsiz fəallıq göstərən vətəndaşlarımız qəhrəman döyüşçülərimizin Vətən uğrunda ölüm-dirim mübarizəsinə özünəməxsus dəstək vermiş oldular, düşməni tək döyüş meydanında deyil, informasiya mübarizəsində də susdurmağı bacardıq.

Azərbaycan bu qələbəyə doğru uzun yol qət etdi. Bu yol tək hərbi potensial və iqtisadi qüdrətimizi artırmaqdan ibarət deyildi. Bu yol həm də həqiqətlərimizi, erməni vəhşiliyi, torpaqlarımızın işğalı, xalqımıza qarşı törədilən soyqırımı və qəddarlığı bəşəriyyətə çatdırmaq üçün bir sınaq idi ki, ondan da şərəflə çıxdıq. Dövlətimizin rəsmi təbliğatı ilə yanaşı, KİV-lər, sosial şəbəkələrdəki aktiv vətəndaşlar qələbə yolunda öz tövhələrini verdilər.

Şübhə yoxdur ki, düşmənin gözü hər zaman cənnət Qarabağda olacaq. Düşmən daima öz təxribatları, yalan informasiyaları ilə dünya ictimaiyyətini aldatmağa çalışacaq. Bu baxımdan, sayıqlığı bir an belə olsa da, əldən verməməliyik.

İnformasiya əsrində internet məkanında böyük təbliğati müstəvilərindən biri də “Vikipedia”dır. Hazırki reallıq göstərir ki, düşmən bu platformada xeyli güclüdür və bizi qabaqlayıb. Ermənilərin bütün dünyada mövcud olan diaspora qurumları bu işin əsas aparıcı qüvvələridir. “Vikipedia”da ölkəmiz haqqında hər hansı neqativ məlumatı dəyişmək və ya ona düzəliş etmək olduqca çətindir. Ancaq mümkünsüz deyil. Biz çoxlarının skeptik yanaşdıqlarını reallığa çevirmək qüdrətində olduğumuzu Vətən müharibəsində sübut etdik. Elə isə nədən bunu “Vikipedia”da da etməyək?

Bu məqsədlə ölkəmizin çoxmillətli gənclər ordusu ilə birlikdə bu istiqamətdə də fəaliyyətə başlayıb dövlətimizin haqqlı davasına dəstək vermək qərarına gəldik.

“Qorqud" Vikipedia Metodiki Klubunun fəalları ilə yeni layihəyə start veririk. “Vikipedia” məkanında Azərbaycanımız haqqında həqiqəti əks etdirən, dolğun materialların yerləşdirilməsinə başlayırıq. Eyni zamanda, arzulayan gənclərimiz üçün təlimlərə də başlayırıq. “Vikipedia”da Vətən üçün çalışmaq istəyən gənclərimizə xüsusi təlimlər keçiləcək”.

Bu layihədə iştirak etməyi arzualayanlar bu ünvana elektron müraciət yaza bilərlər: [email protected]

Ramid İbrahimov

Paylaş »
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
››› Rusiyada "Navalnı inqilabı" başlayıb: Etirazlar böyüyür - Fotolar
››› “Lotu Quli”nin titul verdiyi “Saşa Kuşner”i armaturla vəhşicəsinə döyüb alçaltdılar
››› Nazirin açıqlamasından çıxan nəticə: Azərbaycanda təhsil düzələn deyil
››› “Köçəryan Xankəndidə qaçıb masanın altında gizləndi...” - Erməni deputata qarşı ittiham
››› Minasyan: “Ölkə xalqın vecinə də deyil, uçuruma yuvarlanırıq”
››› Nazir Milli Qəhrəmanın bacısı oğlunu sərəncama göndərib
Son xəbərlər
Bütün xəbərlər »