Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AFFA polis və təcili yardıma görə klubu cəzalandırdı
AFFA

AFFA İntizam Komitəsi (İK) "Keşlə" klubunu 160 manat məbləğində cərimələyib.

"Report"un məlumatına görə, paytaxt təmsilçisinin əvəzedici komandası I Divizionun VIII turunda MOİK-lə oyunda AFFA nümayəndəsinin əsasnamə və qaydalara uyğun verdiyi göstərişlərini (avtomaşınların parklanması və mühafizəsinin təşkil olunması) yerinə yetirməyib. Kluba bunun üçün 80 manat məbləğində cəza verilib.

Komandanın 4 oyunçusu həmin qarşılaşmada sarı vərəqə ilə cəzalandırılıb və klub əlavə 80 manat məbləğində ziyana düşüb.

İK "Kəpəz" klubuna isə 80 manat cəza kəsib. "Qarabağ-2" ilə oyundan əvvəl təcili yardım nümayəndəsi təyin olunan vaxtda (yeni təlimata görə oyunun başlamağına ən geci 45 dəqiqə qalmış) iclasda iştirak etmədiyi üçün Gəncə təmsilçisi 40 manat məbləğində cərimələnib.

Oyun öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün "Kəpəz"ə əlavə 40 manat cəza verilib.

Paylaş »
››› Navalnının yaydığı görüntülər Putinin axırına çıxacaq - Video, Foto
››› Rusiyanın "yük atı": Yarım əsrin əfsanəsi tam yeni dizayna keçir - Foto
››› “Baydenin hakimiyyəti dönəmində Türk Dünyasını çətin günlər gözləyir”
››› 26 yaşında general-mayor rütbəsi alan gözəl...
››› ABŞ dollarının uzunmüddətli ucuzlaşması gözlənilir
››› "Azərbaycanın qələbəsindən sonra tarixi türk coğrafiyası bərpa olunur"
››› ƏDV faizlərini geri alanlar üçün ikiqat qazanc!
Son xəbərlər
Bütün xəbərlər »