Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəhid xanımı: “Övladımızın ad günü şamını atasının məzarı üstündə yandırdıq” - Video
Əlizamin İsgəndərov

Düşmənin “Abu-Arzail” adlandırdığı, 100-dən çox düşməni məhv edən, ermənilərin qorxulu yuxusuna çevrilmiş, igid Azərbaycan oğlu İsgəndərov Əlizamin Həmid oğlu. O, 1977-ci ilin dekabr ayının 6-sı Beyləqan rayonunda dünyaya göz açıb. Əlizamin 4 övladını yoldaşı İlahə xanıma əmanət edərək döyüşə yollanıb. O, iki dəfə ağır yalanmasına baxmayaraq döyüşdə iştirak etməyə davam edib. Əlizaminin vətən sevgisi o qədər böyük olub ki, nə övladlarının göz yaşları, nə də həkimlər onu xəstəxanada saxlaya bilib.

“Yoldaşım hərbçi idi. Döyüşlərdə kəşfiyyatçı kimi iştirak edib. Ən ön cəbhədə, ən qaynar nöqtələrdə iştirak edib. 2 dəfə yaralanıb, lakin xəstəxanada dayanmayıb, döyüşə qayıdıb.

Birinci dəfə Füzulidə yaralı dostlarına kömək edən zaman minamyotla ayağından vurmuşdular. Xəstəxanaya gedib ağrıkəsici vurdurub, qəlpəni çıxartdırıb yenidən qayıtmışdı döyüşə. Qorxurdu ki, əsgərlərinə nəsə olar.

İkinci dəfə isə Füzulini tam işğaldan azad etdikdən sonra ermənilər onları nişan alıb vurmuşdular. Yoldaşlarının çoxunu itirmişdi. Tək qalmışdı. Kantuziya alıb xəstəxanaya gətirilmişdi. Qulağından qan gəlirdi. Həkimlər deyirdi ki, 10 gün xəstəxanada qalmalıdır. Uşaqlar ağlayıb yalvarırdı ki, ata bizə görə xəstəxanada qal. Amma yenə də qalmadı, o halda yenidən döyüşə qayıtdı. Hadrutdan çıxdıqdan sonra şəbəkə olmadığı üçün bizimlə əlaqəsi kəsildi. 4 gün heç bir xəbər ala bilmədik. Əlimizdə telefon səhərə kimi xəbər gözləyirdik. Beşinci gün idi. Şuşa istiqamətində gedən döyüşlərdə, Daşaltı kəndində yaralanması ilə bağlı xəbər aldıq. İnanın ki, sevindim. Dedim, bəlkə bu dəfə müalicə almağa məcbur olar. Lakin sevincim çox çəkmədi, yoldaşımı şəhid kimi gətirdilər.

Elə igid oğullar var idi ki, döyüşün ilk günlərində həyatını itirmişdi. Yoldaşım qorxu bilmədən 40 gün həm özünü qoruyub, həm yoldaşlarını, həm də Vətəni. Deyirdi, hədəfimiz erməniləri yerinə oturtmaqdır. Gözünün qarşısında o qədər döyüş yoldaşları, dostları vəhşicəsinə öldürülmüşdü ki, artıq onun gözü heç nə görmürdü. Yoldaşım inanılmaz dərəcədə dəyişilmişdi. Sanki canavara dönmüşdü. Deyirdi, ölmək yoxdur. Biz qisasımızı almamış ölə bilmərik”.

İlahə xanım səsi titrəyərək övladının ad günü şamını atasının məzarı üstündə yandırdıqlarını söyləyir.

“4 övladımız var. Böyük övladımız ad gününə atasını gözləyirdi. Atası söz vermişdi ki, torpaqlarımızı azad edib gələcəyəm. Lakin biz onun ad günü şamını atasının məzarı üstündə yandırdıq.

Balaca övladımızın 5 yaşı var. Atasının dəfninə apardım ki, görsün. Çünki bütün gün bizdən atasını soruşur. Hələ tam başa düşmür, elə bilir ki, şəhid olmaq, yaralanmaq deməkdir. Atası sağalıb gələcək”,-deyə bildirir.

Əlizamin ailəsinə göndərdiyi axırıncı videosunda namusunu, qeyrətini, vətənini qorumaq üçün getdiyini bildirib.

Şəhidim, gözün arxada qalmasın! Ailən bu Vətənə əmanətdir!

Leyla Mirzə

Paylaş »
››› "Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
››› “Bu sürətlə vaksinasiyasını bitirmələri üçün 400 il vaxt lazımdır” - Açıqlama
››› Ermənistan mətbuatı Kremlin adamını "yaxaladı": "Açıq-aşkar depressiyaya düşüb"
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Mübariz Mənsimovun bacısı: “Atam ölüm yatağında oğlunun yolunu gözləyir” - Video
››› Prezident İlham Əliyev Şuşaya yola düşüb - Video
››› “Şuşadan Ermənistana və onun havadarlarına xəbərdarlıq edildi”
Son xəbərlər
Bütün xəbərlər »