“Mediamızın Vətən müharibəsində rolunu yüksək qiymətləndiririk, bununla bağlı təşəkkürlərimizi media rəhbərlərinə də çatdırmışıq”.
Bizimyol.info xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H. Hacıyev medianın da dəstəyi ilə koronavirusla mübarizə cəbhəsində də qələbə əldə olunacağına inamını ifadə edib.