Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezidentin köməkçisi: “Qapanmalar nəticəsində yoluxmaların sayının azalacağına ümid edirik”
Şahmar Mövsümov

“Həkimlərimiz gərgin şəraitdə fəaliyyət göstərirlər, bu cəbhədə onlara yardım etməliyik”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

O bildirib ki, səhiyyə sisteminin yükünün artması ilə bağlı sosial şəbəkələrdə də narazılıqlara rast gəlinir: “Bu, səhiyyə sisteminin yüklənməsi ilə bağlıdır. Peyvənd olana qədər bu sərt dalğalanmalar davam edəcək”.

Prezidentin köməkçisi qeyd edib ki, 18 yanvara qədər qapanmalar nəticəsində yoluxmaların sayının azalacağına ümid edirlər: “Hazırda biz də peyvəndlə bağlı prosesləri izləyirik, bütün şirkətlərlə əlaqələrimiz var, danışıqlar aparırıq”.(apa)

Paylaş »
››› "Paşinyan türkdür" - Ohannisyan
››› Rusiya Müdafiə Nazirliyindən Qarabağda son vəziyyətlə bağlı məlumat
››› Türkiyəli professor Çin peyvəndinin əlavə təsirlərini açıqladı
››› İranın buraxdığı uzaqmənzilli raketlər Hind okeanında Amerika təyyarədaşıyanının həndəvərinə düşdü
››› Azərbaycanda ər arvadını oteldə boğaraq öldürüb
››› Ermənistanın baş naziri vəzifəsinə namizəd: Ordunun bərpasına azı 2-3 il lazımdır
››› Rusiya daha dörd ölkəyə uçuşları bərpa edir
Son xəbərlər
Bütün xəbərlər »